Yuxarı

Kamal Abdulla özbək rektorla görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamal Abdulla özbək rektorla görüşdü - Foto

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, xalq yazıçısı Kamal Abdulla Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şöhrət Siracəddinovla görüşüb.

Kult.az xəbər verir ki, K.Abdulla qonağı universitetdə görməkdən məmnunluğunu ifadə edib. ADU-da bir çox ölkələrin dil və mədəniyyət mərkəzlərinin fəaliyyətindən danışan rektor universitetin beynəlxalq əlaqələri haqqında məlumat verib. O, mərkəzlərə nəinki universitet heyətinin, həmçinin digər şəxslərin də maraq göstərdiyini bildirib, Özbəkistan universitetləri ilə əlaqələrin qurulmasında Ş.Siracəddinovun dəstəyinin arzuolunan olduğunu diqqətə çatdırıb.

K.Abdulla “Kitabi Dədə Qorqud” dastanı, onun müxtəlif layihələr çərçivəsində tanıdılmasından danışaraq Ş.Siracəddinovun rəhbərlik etdiyi universitetlə birgə bu istiqamətdə konfransların təşkilinin mümkünlüyündən söz açıb.

Ş.Siracəddinov elm və təhsil sahələri üzrə ölkələrimiz arasındakı əməkdaşlıq, dilin təbliğinin önəmli amil olduğunu vurğulayıb. Qonaq rəhbərlik etdiyi universitetin fəaliyyəti haqqında danışıb. O, həmçinin özbək ədəbiyyatı nümunələrindən söz açıb.

Daha sonra qarşılıqlı əməkdaşlıq, tələbə və müəllimlərin təkmilləşməsi istiqamətində aparılacaq işlər, tələbə-müəllim mübadiləsi, birgə layihələr, konfransların təşkili və gələcək perspektivlər müzakirə olunub.

Tarix
2020.02.21 / 22:54
Müəllif
Axar.az
Digər xəbərlər

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla