Yuxarı

DSMF-nin gəlirləri artıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DSMF-nin gəlirləri artıb

Dövlət Sosial Müdafiə Fondu "Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq Ağcabədidə regional "Açıq qapı günü" - vətəndaş forumu keçirib.

Fonddan Axar.az-a verilən məlumata görə, "Sosial sığorta haqqının ödənilməsi gələcəyinizin təminatıdır" adlı tədbirdə sığorta ödəyicilərini və pensiyaçıları maraqlandıran çoxsaylı suallara aydınlıq gətirilib.

Fondun müvafiq orqanlarla birgə həyata keçirdiyi tədbirlər nəticəsində işləyənlərin sosial müdafiəsinin və gələcək pensiya təminatı hüquqlarının qorunması məqsədilə qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi və əmək haqlarının süni surətdə aşağı məbləğlərdə müəyyənləşdirilməsi hallarının qarşısının alınması təmin olunmaqdadır.

Görülən tədbirlərin uğurla davam etdirilməsi nəticəsində 2014-cü il ərzində DSMF-nin gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 8,3 faiz və ya 223 mln. manat, sosial sığorta gəlirləri isə 10,2 faiz və ya 160,8 mln. manat artıb.

Azərbaycanın sığorta-pensiya sisteminin xüsusiyyətlərindən ətraflı bəhs olunan regional tədbirə Ağcabədi, Laçın, Zərdab və Ucar rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar qatılıb.

Forumda çıxış edən DSMF-nin şöbə müdiri Famil Qədimov bildirib ki, sığorta-pensiya sistemində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının əsas meyar olduğunu nəzərə alaraq, vətəndaşlar öz fərdi hesablarında məlumatların tam əks olunmasında xüsusi maraqlı olmalıdırlar. Çunki avtomatlaşdırılmış pensiya təyinatı yalnız sistemdə qeydiyyata düşmüş elektron göstəricilər əsasında aparılır və təbii ki, əgər müvafiq məlumatlar sistemdə vaxtında öz əksini tapmayıbsa, hesablamalarda onların nəzərə alınması texniki baxımdan imkan xaricindədir.

Forumda qeyd olunub ki, qarşıda duran vəzifələr vətəndaşlara göstərilən xidmətlərin daha da genişləndirilməsi və təkmilləşdirilməsindən ibarətdir.

Tarix
2015.02.24 / 18:57
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ölkədə bu şəxslərə ödənişlə bağlı müqavilə forması dəyişdi

Vətəndaş müharibəsi və parçalama ssenarisi: İranı nə gözləyir?

Rusiyadan təyyarəmizi vurduran şəxslə bağlı şok qərar

Bakıdan 48 vaqon neft məhsulu Ermənistana yola salındı - Video

ABŞ başa düşməlidir: Azərbaycanlılar onu istəmir!

Nəsimi Nəbizadə ilə bağlı bütün suallara aydınlıq gətirildi

Dünya nizamı yoxdur, qaydasız nizamsızlıq var - Pol Qobl

Azərbaycandan 7600 ton yanacaq gəlir - Papoyan

Azərbaycanın bu qədər ərazisi nəzarətimizdədir - Simonyan

Rusiya bundan Azərbaycana təzyiq üçün istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla