Yuxarı

Senator ABŞ-ın Azərbaycan icmasına müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İllinoys ştatından olan senator Temmi Dakuort və bu ştatın birinci dairəsini ABŞ Konqresində təmsil edən konqresmen Bobbi Raş Xocalı qətliamının 28-ci ildönümü ilə əlaqədar ABŞ-ın Azərbaycan icmasına müraciət ediblər.

Axar.az xəbər verir ki, Bobbi Raşın Çikaqoda yerləşən ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinə ünvanlanan məktubunda deyilir ki, mülkü əhaliyə, qadınlara, uşaqlara və qocalara qarşı törədilmiş bu soyqırımı aktı bəşəriyyətin üzərinə vurulmuş bir ləkədir. Bu dəhşətli insan qırğını nəinki sülh vaxtı, heç müharibə vaxtı da törədilməyib.

Temmi Dakuortun məktubunda qeyd edilir ki, ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzi yerli sakinləri Azərbaycan mədəniyyəti, irsi, adət-ənənələri, habelə Azərbaycana qarşı törədilmiş tarixi ədalətsizliklər haqqında məlumatlandırır.

Hər iki qanunverici Xocalı qətliamının anım günündə Azərbaycan icması ilə bir olduqlarını qeyd edirlər.

Tarix
2020.02.23 / 12:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla