Yuxarı

Konstitusiya nə deyir: döyülən günahkardır? - Hüquqşünas

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səsvermənin həyata keçirildiyi məntəqələri əgər veb kamera vasitəsilə çəkmək, baxmaq, izləmək, çap etmək mümkündürsə, deməli, mobil telefon vasitəsi ilə də çəkiliş aparmaqda heç bir qanun pozuntusu yoxdur, ola da bilməz.

Bu sözləri Axar.az-a hüquqşünas Səməd Vəkilov 76 saylı Lənkəran - Astara seçki dairəsi üzrə məntəqələrin birində Azadə Kərimovanın məntəqə komissiyasının məşvərətçi səs hüququ olan Jalə Bayramovanı çəkiliş apardığı üçün döyməsinə MSK sədri Məzahir Pənahovun reaksiyasına münasibət bildirərkən deyib.

Hüquqşünas bildirib ki, döyülmə faktı ilə bağlı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun şəxsin konstitusion hüququna əsaslanması yerində deyil:

“Müşahidəçinin və yaxud məşvərətçi səs hüququ olan məntəqə üzvünün məntəqədə kiminsə foto və ya videosunu çəkməsi şəxsi həyata müdaxilə hesab edilə bilməz. Seçki prosesinin şəffaflığının təmin edilməsi, o cümlədən məntəqə üzvlərinin öz hüquq və vəzifələrini düzgün icra edib- etməməsini, səslərin sayılmasını müşahidə etmək məqəsədi ilə məntəqə seçki komissiyalarında 1000 (min) ədəd veb kamera qurşadırılıb. Hansı ki, həmin veb kameralar vasitəsi ilə dünyanın hər yerində məntəqə üzvlərini üzləmək, foto və vidosunu qeydə almaq, yaddaşda saxlamaq mükün olsun. MSK-nın bu olayla bağlı gəldiyi qənaətdən belə çıxır ki, məntəqələrə quraşdırılan min veb kamera insanların şəxsi həyatına müdaxilədir.

Səsvermənin həyata keçirildiyi məntəqədə əgər veb kamera vasitəsilə çəkiliş aparmaq, baxmaq, çap etmək mükündürsə, deməli, mobil telefon vasitəsilə də çəkməkdə heç bir qanun pozuntusu yoxdur.

Bir şəxsin ictimai-siyasi fəaliyyətini çəkmək heç bir halda özəl həyata müdaxilə sayıla bilməz. Şəxsi həyat – insanın birbaşa özünə və ailəsinə aid olan həyatıdır, seçki məntəqəsində səsverməyə gələnin hasnsı şəxsi həyatına müdaxilədən söhbət gedə bilər?”

Hüquqşünas həmçinin bildirib ki, hətta konstitusion hüququ pozulubsa belə, bu, zərərçəkənin kiməsə hücumuna səbəb ola bilməz:

“Konstitusion hüququnu pozur deyə, biri digərinə zor tətbiq edə bilər? Hətta bu hüquq pozulubsa, onda hüquq-mühafizə orqanlarına müraciət edilməlidir. Həmin məntəqədə Jalə Bayramaovaya qarşı edilən hərəkət birmənalı şəkildə xuliqanlıq hərəkətidir”.

Xatırladaq ki, 76 saylı Lənkəran - Astara seçki dairəsi üzrə məntəqələrin birində Azadə Kərimova adlı qadın məntəqə komissiyasının məşvərətçi səs hüququ olan Jalə Bayramovaya çəkiliş apardığı üçün hücum etmiş və onu döymüşdü. Hadisə anbaan kameralara çəkilib və sosial şəbəkələrdə yayılıb.

Tarix
2020.02.24 / 09:45
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla