Yuxarı

DSX rəisi koronavirusla bağlı İranla sərhəddə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DSX rəisi koronavirusla bağlı İranla sərhəddə - Foto

15:37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə fevralın 24-də Dövlət Sərhəd Xidmətinin (DSX), Dövlət Gömrük Komitəsinin, Daxili İşlər, Fövqəladə Hallar, Səhiyyə nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin rəhbər vəzifəli şəxsləri və mütəxəssislər İran İslam Respublikası ilə dövlət sərhədindəki “Astara” və “Biləsuvar” buraxılış məntəqələrinə səfər ediblər.

DSX-nin mətbuat mərkəzindən Axar.az-a bildiriblər ki, səfər çərçivəsində son vaxtlar İran İslam Respublikasında müşahidə olunan koronavirus epidemiyasına qarşı dövlət sərhədindən buraxılış məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlərin gücləndirilməsi, bu xəstəliyə yoluxmalarına şübhə yaranan şəxslərin vaxtında aşkarlanması və tibbi təxliyəsi üzrə hazırlığın vəziyyəti nəzərdən keçirilib.

Gücləndirilmiş iş rejimində fəaliyyət göstərən dövlət sərhədindən buraxılış məntəqələrində ölkə ərazisinə daxil olan şəxslərin bədən hərarətinin xüsusi avadanlıq vasitəsilə yoxlanılması, əlavə tibbi heyətin və təcili tibbi yardım avtomobillərinin birbaşa postların ərazisinə cəlb olunması və 24 saat növbəli rejimdə fasiləsiz fəaliyyət göstərmələri ilə bağlı monitorinq keçirilib.

Müzakirələr zamanı bu günədək xəstəliyə yoluxma ilə bağlı şübhələrin olmaması nəzərə alınmaqla gələcəkdə ehtimal edilən riskli hallarda birgə fəaliyyətin əlaqələndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb. Həmçinin dövlət sərhədindən keçən şəxslərin bu epidemiya barədə maarifləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.

Tarix
2020.02.24 / 18:28
Müəllif
Axar.az
Digər xəbərlər

Mikayıl Cabbarov Pəncab əyalətinin baş naziri ilə görüşdü

Sudanla saziş imzalandı: bu şəxslər üçün viza ləğv edildi

Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə...

Şad xəbər: Quru sərhədlər açılır - Ekspert

Şəhərlər xalq tərəfindən qurulur və xalq üçündür - Şenqyun

Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı açıqlama

Dünya Şəhərlər Günü 2026-cı ildə Çində keçiriləcək

İlham Əliyev Tomaş Tarabanı qəbul etdi

Azərbaycana qərəzli yanaşanlara qrant verənlərin sayı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla