Yuxarı

Daha bir qazinin məqaləsi Vikipediyadan silindi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir qazinin məqaləsi Vikipediyadan silindi

Vikipediyada məqaləmi silənlər kimə xidmət edirlər? Sualın cavabını tapmaq çətin deyil! Natiq Mehdiyevin məqaləsini silənlər mənim də məqaləmi siliblər. Qolumu ona görə itirdim ki, belələri məqalələri rahat silsinlər. Söz tapıb yaza bilmirəm.

Axar.az xəbər verir ki, bunu Qarabağ qazisi Anar Məmmədov yazıb.

Qazi bununla bağlı araşdırma apardıqlarını bildirib:

“Buna təəssüf etməmək olmur. Görünür, vətən uğrunda döyüşən və canından keçən oğulların məqalələrinin mövcudluğu kimlərisə narahat edir. Bu məsələni diqqətdə saxlamaq hər birimizin borcudur. Bu cür məqalələr kimlər tərəfindən silinir, bu haqda da xüsusi araşdırma aparmağa ehtiyac var”.

Qeyd edək ki, məqalələr Mərkəzi Elmi Kitabxananın Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən yaradılıb. Feysbukdakı “Azərbaycanca Vikipediya” qrupunda da Qarabağ qazilərinin məqaləsinin silinməsi ilə bağlı müzakirələrdən belə aydın olur ki, məqalələr səsvermə yolu ilə silinib. Məqalələrin yaradılmasında iştirak edən könüllülər qazilərin məqalələrinin silinməsinin səhv addım olduğunu yazıblar. Məqalələrin silinməsinə səs verən bir qrup idarəçi isə öz arqumentlərini əsaslandırmağa çalışıblar.

Tarix
2020.02.24 / 19:13
Müəllif
Axar.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla