Yuxarı

Rusiya Azərbaycanda separatizmi yaya bilərmi?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Azərbaycanda separatizmi yaya bilərmi?

"Rusiyanın Azərbaycanda millətlərarası münasibətləri qızışdırmaq imkanları var".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli söyləyib.

O, Rusiyanın bu imkanlarının əvvəlki kimi geniş olmadığını deyib:

"İstər beşinci kolon, istər millətlərarası münasibətlər, istərsə də ölkə daxilində müxtəlif separatçılıq meyillərinin yayılması sahəsində Rusiyanın fəaliyyət imkanları xeyli məhdudlaşıb. Bu, əsasən Azərbaycan dövlətinin güclənməsi ilə əlaqədardır. Həmçinin ölkənin bütün nöqtələrinə nəzarət etmək imkanına sahib olan güc strukturları artıq formalaşıb. Doğrudur, hansısa millətçi və separatçı qrup gündəmə müxtəlif məsələləri gətirə bilər. Amma bu gündəmi ümumxalq əhval-ruhiyyəsinə çevirə bilməz. Çünki Azərbaycanın hüquq mühafizə orqanları bu sahədə kifayət qədər sayıqdırlar. Onlar Azərbaycanda istənilən ölkənin agentura şəbəkəsini və digər fəaliyyətlərini ifşa etmək imkanlarına malikdirlər".

Qeyd edək ki, son günlər Dərbənddə rəhbərlik uğrunda mübarizənin qızışması klanlararası savaşı da gücləndirib. Bəzi mənbələr bu savaşın qısa zaman içərisində etnik qarşıdurmaya keçə biləcəyini söyləyirlər. Bir sıra ekspertlər isə Dərbənddə baş verəcək istənilən qarşıdurmanın Azərbaycana keçə bilmə ehtimalının olduğunu iddia edirlər.

Tarix
2015.02.25 / 09:09
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

İlham Əliyev Türkiyəyə səfər edəcək

Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Video

Ərdoğan Zəfər Günü ilə əlaqədar paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla