Yuxarı

Vətəndaş torpağına görə kompensasiya ala bilmir – Şikayət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaşadığı evin qəzalı olması səbəbilə oradan çıxarılan Suraxanı rayon sakini Rafiq Məmmədova rayonun İlqar Məmmədov küçəsində yerləşən 6 sot torpaq sahəsinə görə hələ də kompensasiya ödənilməyib.

Bu barədə Axar.az-a danışan Rafiq Məmmədov bildirib ki, Suraxanı Rayon İcra Hakimiyyətinə bununla bağlı dəfələrlə müraciət etsə də, hələlik heç bir nəticə əldə edilməyib:

“1995-ci ildə həyətyanı ərazini bağ kimi istifadə etmək üçün Hacıbala Abutalıbovun dövründə Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edərək, rəsmi şəkildə 6 sot ərazini aldım. Orada şəxsi mülkiyyətimdə 6 sot torpaqdan başqa 126 kvadratmetrlik şəxsi evim və həyətyanı tikili olub. Evə və tikiliyə görə 140 min manat kompensasiya ödənildi. Torpaq sahəmə görə kompensasiya istədikdə isə icra başçısının müavini Etibar Yolçiyev mənə ödənişin ediləcəyini bildirdi. Amma növbəti dəfə müraciət etdikdə nə kompensasiya ödəmək istədilər, nə də torpağımı qaytardılar.

Bu ərazilər məndən alınanda Surxanının icra başçısı İlqar Abbasov idi. Lakin o, ötən ilin noyabrında vəzifədən azad edildi. Onun yerinə Əziz Əzizov vəzifəyə təyin edildikdə ümid edirdim ki, şikayətimə baxar, ancaq bu günə kimi onun da qəbuluna düşə bilmirəm”.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Suraxanı Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Mehman Hüseynov deyib ki, Rafiq Məmmədovun şikayəti ilə bağlı qərarı məhkəmə verəcək:

“Rafiq Məmmədovun evinə kompensasiya ödənilib. Torpaq sahəsinə görə isə kompensasiya ödənilmir. Razılıq ərizəsi əsasında bu kompensasiya ona verilib. Hazırda da hüquqi müstəvidə bu məsələyə məhkəmədə baxılır”.

Tarix
2020.02.25 / 12:45
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla