Yuxarı

MSK tarixində ilk: qalib namizəd 8 məntəqənin ləğvini istədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MSK tarixində ilk: qalib namizəd 8 məntəqənin ləğvini istədi

MSK-nın iclasında 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə lider namizəd Erkin Qədirlinin şikayətinə baxılıb.

Axar.az xəbər verir ki, MSK katibi Arifə Muxtarova Erkin Qədirlinin həmin seçki dairəsi üzrə 8 məntəqədə səsvermənin nəticəsinin ləğvini xahiş etdiyini bildirib.

Arifə Muxtarova qeyd edib ki, praktikada bu cür halla ilk dəfə qarşılaşır:

“Erkin Qədirli nəticələrinin ləğvini xahiş etdiyi məntəqələr üzrə də ən çox səs toplamış namizəddir. O, bir video-kart təqdim edib. Həmin video-kartda yalnız 2 məntəqədə səslərin hesablanması əks olunub. Bu videolara baxış zamanı seçicilərin iradəsini ifadə etməyə zidd hallar aşkar edilməyib. Erkin Qədirli özü də şikayətini əsaslandırmayıb”.

Müzakirədən sonra Erkin Qədirlinin şikayəti əsassız sayılıb.

Tarix
2020.02.25 / 21:52
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla