Yuxarı

MSK yekun protokolu KM-ə göndərmək üçün imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

MSK seçkilərin yekun protokolunu qəbul etdi və nəticələri təsdiq üçün Konstitusiya Məhkəməsinə göndərdi.

Axar.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib ki, səsvermə bülletenlərinə 1314 namizədin adı daxil edilmişdi:

“Səsvermə vaxtında başladı, axşam 7-də məntəqələr bağlandı. Xüsusilə beynəlxalq müşahidə missiyalarının geniş çeşidinə görə bu seçkilər nümunəvi ola bilər. Yer kürəsinin bütün güşələrindən nümayəndə heyətləri gəlmişdi. Dəvətimizi qəbul edib gəldikləri üçün onlara minnətdarıq. Məntəqələrin maksimum 3-4 faizində xoşagəlməz hallar baş verdi”.

M.Pənahov bildirib ki, baxılmamış şikayət qalmayıb və müvafiq protokol qəbul olunaraq Konstitusiya Məhkəməsinə göndərilməlidir:

“Bütün şikayətlər hərtərəfli araşdırıldı”.

MSK bu prosesdə xidməti keçən qurumlara minnətdarlıq edib:

“Xüsusilə polis öz işini çox yüksık səviyyədə yerinə yetirdi. Digər qurumlardan fərqli olaraq, polis bütün ölkə miqyasında fəaliyyət göstərirdi”.

M.Pənahov media nümayəndələrinə üzünü tutaraq deyib:

“Onlar bizim fəaliyətimizin güzgüsüdür. Onların məsuliyyəti bizim hamımızınkından yüksəkdir. Biz hamımız bu baxımından sizdən bir növ asılıyıq. MSK olaraq bu prosesdə əvvəldən axıradək yüksək səviyyədə iştirakınıza görə minnətdarıq. Təmsil etdiyiniz media qurumlarının rəhbərlərinə də bizim salamlarımızı çatdırın. Amma sizin işiniz hələ bitməyib”.

Daha sonra Məzahir Pənahov MSK tərəfindən seçkilərin ümumi yekunlarına dair protokolun təsdiq edilməsi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün dairə seçki komissiyası protokolları və onlara əlavə edilən sənədlərin Konstitusiya Məhkəməsinə təqdim edilməsinə dair qərarı oxuyub.

Qərarda bildirilir ki, seçkinin nəticələrinin təsdiq edilməsi üçün qanuni əsaslar yaranıb.

Qərar layihəsi səsverməyə çıxarılıb və yekdilliklə qəbul olunub.

Daha sonra qərar layihəsinin imzalanması mərasimi başlayıb.

Qərar imzalanması üçün bir-bir MSK üzvlərinə təqdim edilib. Ən sonra qərarı MSK sədri Məzahir Pənahov imzalayıb və möhür vurub.

Bundan sonra müvafiq sənədlər Konstitusiya Məhkəməsinə təqdim ediləcək.

Tarix
2020.02.25 / 22:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla