Yuxarı

AMEA-da nə qədər veteran alim var?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AMEA-da nə qədər veteran alim var?

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında 2447 veteran çalışır.

Axar.az xəbər verir ki, bu barədə AMEA-nın Birləşmiş Veteranlar Şurasının (BVŞ) sədri Eldar Quliyev məlumat verib.

O, 2013-2019-cu illər ərzində 802 veterana "Əmək veteranı" adı və vəsiqəsinin verildiyini söyləyib.

E.Quliyev qeyd edib ki, sözügedən veteranlardan 23-ü akademik, 23-ü AMEA-nın müxbir üzvü, 262-si elmlər, 517 nəfəri isə fəlsəfə doktorudur.

E.Quliyev, həmçinin 1 nəfərin Böyük Vətən Müharibəsi, 16 nəfərin Əfqanıstan, 91 nəfərin isə Qarabağ müharibəsi veteranı olduğunu söyləyib.

Şura sədri elmi müəssisə və təşkilatlarda işləyən veteranların sosial təminatının yaxşılaşdırılması istiqamətində əməli işlərin görüldüyünü, veteranlara birdəfəlik müavinətlərin, yeməkxanada güzəştli nahardan istifadə kartlarının, müalicə və istirahət üçün isə sanatoriyalara göndərişlərin verildiyini diqqətə çatdırıb.

Cari ilin may ayında Böyük Vətən Müharibəsində qələbənin 75 illiyinin qeyd olunacağını deyən şura sədri bununla əlaqədar AMEA-da Tədbirlər Planının hazırlandığını bildirib.

Tarix
2020.02.26 / 00:20
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İstefadan sonra Saral səhifəsində bunları etdi - Foto

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

Azərbaycanın dostu da parlamentə düşdü

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla