Yuxarı

Xocalı qurbanı Fransada çağırış etdi – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı faciəsi erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamı və ən qanlı səhifəsidir.

Axar.az xəbər verir ki, bu fikirləri Parisin 4-cü rayonunda yerləşən Notr-Dam les Blanks-Manteaux kilsəsində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı keçirilən tədbirdə Fransadakı səfirimiz Rəhman Mustafayev deyib.

O bildirib ki, bu faciəni, eləcə də Dağlıq Qarabağda ermənilərin törətdikləri vəhşilikləri və dəhşətləri dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq qarşımızda duran ümdə vəzifədir:

“Bu məqsədlə 2009-cu ilin fevralında İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası fəaliyyətə başlayıb və uğurla davam edir”.

Səfir “Xocalıya ədalət!” kampaniyası haqqında ətraflı məlumat verərək, bu kampaniya nəticəsində Xocalı soyqırımının bir çox ölkələrin parlamentləri, eləcə də beynəlxalq təşkilatlar tərəfindən tanındığını qeyd edib:

“Demokratiyanın beşiyi” deyilən Fransa Xocalıda törədilən bu cinayətlərə etinasız qalmayacaq və bu cinayətlərə hüquqi, siyasi qiymət verəcək. Fürsətdən istifadə edərək, Xocalı soyqırımının qurbanlarının xatirələrinin anılması üçün Prezidenti Emmanuel Makrona məktub ünvanlamaq təşəbbüslərinə görə bu ölkədə fəaliyyət göstərən Fransa-Azərbaycan Assosiasiyalarına təşəkkür edirəm”.

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov və Fransada yaşayan, Xocalının Kosalar kəndində anadan olmuş və 14 yaşında doğma yurdundan didərgin düşmüş Mirzəyev Şahsuvar çıxış edərək Xocalı soyqırımı zamanı erməni silahlı qüvvələrinin dinc sakinlərə qarşı törətdiyi cinayətlərdən söz açıblar.

Şahsuvar Mirzəyev 14 yaşında ailəsi ilə birlikdə müdhiş fevral gecəsində yaşadıqlarından, erməni silahlı qüvvələrinin kəndlərinə hücumundan danışıb:

“Bu qətliamı törədənlər məsuliyyətə cəlb olunmalı, mülki və həssas kateqoriyadan olan insanlara qarşı törətdikləri cinayətə görə məhkum edilməlidirlər. Belə bir qırğının bir daha təkrarlanmaması üçün hamımız birləşməliyik. Keçmişimizi unutmadan, bu günümüzü qoruyaq və gələcəyimizi quraq, qoy o, gözəl olsun”.

Anım tədbirinin sonunda Timur Abdikeyev, Vurğun Vəkilov (piano) və Ağarəhim Quliyev (fleyta) “Laçın”, “Sarı gəlin” xalq mahnılarımızı, eləcə də Fikrət Əmirov, Arif Məlikov, Tofik Quliyev, Sergey Rahmaninov, Andre Kaple, Qara Qarayev, Fərhad Bədəlbəylinin əsərlərini ifa ediblər.

Tarix
2020.02.26 / 12:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla