Yuxarı

Həsənquliyev hədəfdə: Bu dəfə sözü DTX deyəcək, yoxsa...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu il xarici ölkələrdə yerləşən “söyüş mafiyası”nın “ən parlaq” dövrü kimi xarakterizə oluna bilərdi: onların sırası da, Yutub sosial şəbəkəsində əxlaqsızlıq yayan çıxışları da artır və fəxr etdikləri tirajı toplayırdılar.

Ancaq ötən ilin sonuna doğru söyüş mafiyasının da “qış dövrü” çatdı: Avropadan deport olunmaları gündəmə gəldi – özünü doğrayan kim, Bakıda başına nə gələcəyini təsəvvür etdiyindən, intihara qalxan kim...

Bütün bunlar əlbəttə ki, şəbəkənin əxlaqsızlıq yayan fəaliyyətinə təsirsiz ötüşmədi, söyüş istehsalı xeyli azaldı və onlar hücrələrinə çəkildilər. Bu məsələdə Azərbaycandan gedən maliyyənin də hansısa formada azalması məsələsi mümkündür. “Bu maliyyə necə gedir və niyə azaldı” sualına cavabı isə XKX və ya DTX verə bilər.

Prosesdə diqqəti həm də bu məqam cəlb edirdi, onlar əsasən Prezidenti və onun ailəsini hədəf alırdılar. Bəzi məqamlarda bu sıraya Vilayət Eyvazov, Mədət Quliyev və Kəmaləddin Heydərov əlavə olunurdu.

Və ötən ilin dekabrından başlayan “nisbi sakitliyi” ötən gün söyüş mafiyasının “ən ünlü” siması Vidadi İsgəndərli pozdu. Bu dəfə hədəf əsasən Qüdrət Həsənquliyev və BAXCP sədrinin “əli” ilə adıçəkilən şəxslər idi.

Paralel olaraq “məşhur cadugər”in yayılan bəlli müraciəti isə artıq hədəfin yeni ünvanı haqda müəyyən mülahizələrə yol açır və ilk olaraq da sual yaranır: niyə Qüdrət Həsənquliyev?

O ayrı məsələdir ki, Q.Həsənquliyevi hədəfə çıxaran uzun illər özünə və ailəsinə yaxşılıq etdiyi, hətta türmədə yatarkən belə maddi dəstəyini kəsmədiyi şəxsdir.

Sözügedən müsahibədə hər kəlmənin başında deyilən “namusuma and olsun” kimi milli əxlaqda o qədər da məqbul sayılmayan andiçmələrin təqdim edilən “faktlara” müəllifin özünün də inanmaması və buna görə də qarşı tərəfi inandırmaq üçün edilən cəhd olmasına toxunmağa lüzum görmürük; hətta “çörək kəsdiyi adamla arasında olan söhbətin yayılması kişilikdən deyil” ittihamının olacağını əvvəlcədən bildiyi üçün bu suçlamaya bəri başdan cavabvermə istəyini, “bəs niyə bunları danışıram” sualına “namusuna and içərək” cavab axtarışları ilə inandırma cəhdlərini də bir kənara qoyuruq; həmçinin “havayı pullar idi, verirdi, alırdım” deyən bir şəxsin külli miqdarda pul təklifindən imtina “səbəbinin” qəti inandırıcı olmadığını da vurğulamayacağıq – Q.Həsənquliyev özü bunlara üstüörtülü aydınlıq gətirib (Yalnız üstüörtülü).

Maraqlı olan başqa məqamdır...

Niyə Qüdrət Həsənquliyev?

Qüdrət Həsənquliyevi Rusiyaya və yaxud hər hansı başqa dövlətə bağlamaq əvvəlcədən uğursuzluğa məhkum abıvatel cəhdidir. Onun hazırkı DTX rəhbəri Əli Nağıyevlə məxsusi dostluğunu qabartdıqdan sonra bu ittihamı səsləndirmək isə özünü naqolay vəziyyətə salmaqdan başqa bir şey deyil və görünür, növbəti sifariş daha peşəkar şəxsə tapşırılsa da, heç də peşəkarcasına icra edilmir. Çünki düşünəndən sonra danışanlar deyil, danışandan sonra düşünənlər və düşündükcə də reallıqdan uzaqlaşdığını bilib, andicənlər kateqoriyasına aid olan şəxslərin məntiqi ilə uzaq hədəflərə varmaq mümkün deyil. Və əslində məsələ o açıqlamanın təhlili deyil. Məsələ budur: Qüdrət Həsənquliyev kimlərin hədəfindədir? Niyə məhz indi, seçkidən dərhal sonra?

1-ci ehtimal: İlk görünən odur ki, söyüş mafiyası ən böyük dayağını itirib və ağır zərbələr alıb. Buna baxmayaraq, son dəfə özünü toplayaraq, mövcudluğunu qorumaq istəyir.

2-ci ehtimal: Yeni Milli Məclisin formalaşmasından sonra Prezident İlham Əliyevin 2019-cu ildə başladığı və kifayət qədər sürətli islahatlarının daha sərt dövrünə qədəm qoymasından xüsusi narahatlıq başlayıb. Bu narahatlıqdan doğan əndişə səbəbindən hakimiyyətdəki yeni komandanın ictimai-siyasi dayaqlarına son dəfə zərbələr endirilməsinə qərar verilib. “Qurşaqdan aşağı” endirilməsinə cəhd göstərilən bu zərbələrlə islahatın növbəti dalğasının qarşısını almaq və yaxud heç olmasa, prosesi bir qədər ləngitmək hədəflənir.

3-cü ehtimal: Sadiq komanda içinə “diversiya hücumu” – sədaqət şübhəsi ilə yeni komandanı hədəflərindən yayındırmaq və mübarizəni öz daxilinə yönəltmək...

Bunun üçün ən “əlçatan” şəxs əlbəttə ki, Qüdrət Həsənquliyevdir. Onunla ünsiyyətin olduğunu səsləndirmək və hücumları o istiqamətdən həyata keçirmək ilk baxışda daha ağlabatan təsir bağışlayır.

Ancaq məntiq ardıcıllığı pozulur: Hakimiyyətdəki “ikinci tirəni” niyə siz barmaqla göstərirsiniz? Prezident İlham Əliyevə “sadiq olmayanları” nişan verməklə, onların aradan götürülməsinə çalışmaqla, mövcud hakimiyyətin dayaqlarını möhkəmləndirməsinəmi çalışırsınız? Niyyətiniz bu qədərmi safdır?

Qüdrət Həsənquliyev nəyi demədi...

Q.Həsənquliyevin dolayı cavabında müəyyən hədəflər nişan verilmişdi və bu əxlaqdankənar hücumun “mənbəyinə” aqressiv münasibət sərgilənmişdi. Ancaq kimsəyə barmaq tuşlanmamışdı.

Beləliklə, hazırda çox ciddi proseslər ərəfəsində olduğumuzu iddia edə bilərik. Görünür, 2020 Prezidentin islahatlarına qarşı çıxan iqtidariçi qüvvələr üçün də son ildir.

DTX əməliyyatlarının həcminin böyüyəcəyini gözləmək olarmı? Yoxsa bu dəfə Xarici Kəşfiyyat Xidməti ayda yalnız sosial şəbəkədəki reklamına, Əli Əhmədovun dediyi kimi, 10-15 min dollar vəsait yatırmaq gücündə olan şəxslərin heç də erməniyönlü qüvvələrdən maliyələşmədiyini nəhayət ortaya qoyacaq?..

Tarix
2020.02.26 / 21:29
Müəllif
Axar.az
Oxunub
31 367
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Əliyevin Berbokla görüşü keçirilir

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla