Yuxarı

Xocalı ilə bağlı xüsusi aksiya

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xocalı ilə bağlı xüsusi aksiya

Bu gün diaspor könüllülərinin təşəbbüsü ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş xüsusi aksiya keçirilib.

Axar.az xəbər verir ki, aksiya çərçivəsində, əksəriyyəti qaçqın və məcburi köçkün gənclərdən ibarət olan 100-lərlə diaspor könüllüsü Xocalı soyqırımının beynəlxalq miqyasda tanınması və bu faciəyə ədalətli siyasi-hüquqi qiymət verilməsi üçün müxtəlif ölkələrin parlamentarilərinə kütləvi müraciətlər ünvanlayıb.

ABŞ, Almaniya, Fransa, İtaliya, İsveç, Norveç, Macarıstan, Türkiyə, Rusiya da daxil olmaqla, ümumilikdə 50-dən çox ölkənin millət vəkillərinə göndərilən müraciətlərə “Xocalıya ədalət!” kampaniyasına dair petisiyanın mətni də əlavə olunub.

İştirakçılar aksiya zamanı paralel olaraq internet üzərindən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına da dəstək veriblər.

Diasporla İş üzrə Dövlət Komitəsində toplaşan könüllülər öz şəxsi emaillərindən müxtəlif ölkələri təmsil edən 10 mindən çox deputatın email ünvanlarına müraciətlər göndəriblər.

Tarix
2020.02.26 / 21:56
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

İlham Əliyev və ailəsi COP31 Sammitində... - Foto

Ərdoğan Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla