Yuxarı

“Azəriqaz” ödənişləri asanlaşdırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azəriqaz” ödənişləri asanlaşdırdı

"Azəriqaz" İstehsalat Birliyi ödənişlərlə bağlı yarana biləcək texniki problemləri aradan qaldırmaq məqsədi ilə "İtron" tipli smart qaz sayğacları quraşdırmağa başlayıb.

İstehsalat Birliyindən Axar.az-a verilən məlumata görə, Bakı şəhəri və Abşeron rayonunda abonentlərin mənzillərində quraşdırılmış 17 min 972 ədəd "Actaris" Gulf tipli qaz sayğaclarının kartlarına ödəniş zamanı abonentlər bir sıra çətinliklər yaşayır. Bunun qarşısını almaq məqsədi ilə Bakı şəhəri və Abşeron rayonu ərazilərində qazlaşdırma işləri aparılarkən artıq kütləvi şəkildə Gulf tipli sayğaclar deyil, "İtron" tipli smart qaz sayğacları quraşdırılır.

Gulf tipli sayğaclara malik olan 17 min 972 abonentin ödənişləri daha rahat aparmaları üçün isə "Actaris" Gulf tipli sayğacların proqram təminatının dəyişdirilməsi və "İtron" smart tipli qaz sayğaclarına uyğunlaşdırılmasına başlanılıb. İşlər başa çatdırıldıqdan sonra "Actaris" Gulf tipli qaz sayğaclarından istifadə edən abonentlər smart-kartlara ödənişləri yalnız "Kapital" bank filiallarından deyil, istənilən ödəniş terminallarından həyata keçirə biləcəklər.

Tarix
2015.02.25 / 17:10
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

Ələkbərovdan Ukraynanın dağıtdığı zavodlarla bağlı açıqlama

Prezidentin HDQ qərargahını ziyarətinə dair videoçarx...

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində oldu - Foto

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla