Yuxarı

Metropoliten daha 12 qatar alır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metropoliten daha 12 qatar alır

2020-2022-ci illər ərzində "Bakı Metropoliteni" üçün yeni vaqonların istehsalı barədə ötən il Rusiyanın "Metrovaqonmaş" Səhmdar Cəmiyyəti ilə müqavilə imzalanıb.

Bakı Metropoliteni QSC-dən Axar.az-a verilən məlumata görə, 81-765.B/766.B modelli vaqonlar innovasiyalar baxımından ən müasir - 4-cü nəslə mənsubdur və sifarişçinin təklif etdiyi texniki şərtlər əsasında hazırlanacaq. Müqaviləyə görə il ərzində şirkət "Bakı Metropoliteni" üçün ümumilikdə 20 vaqondan ibarət 4 qatar tərkibi istehsal edəcək. Beləliklə, üç il ərzində "Bakı Metropoliteni" vaqon istehsalçılarından 60 müasir tipli vaqon və yaxud 12 qatar tərkibi alacaq.

"Metrovaqonmaş" 2015-ci ildən Bakı metropolitenini yalnız sonuncu nəsil vaqonları ilə təchiz edir. 2019-cu ildə parkı yeniləşdirən vaqonların sayı 3 dəfə artıb. Bununla da metropolitenin lokomotiv parkı 55 müasir tipli vaqondan ibarət 11 qatar tərkibi ilə yenilənib.

Tarix
2020.02.27 / 12:53
Müəllif
Axar.az
Digər xəbərlər

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla