Yuxarı

Süni qiymət artımı ilə bağlı 200 müraciət var - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Süni qiymət artımı ilə bağlı 200 müraciət var - Rəsmi

Fevralın 23-dən etibarən İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin "qaynar xətt"inə süni qiymət artımı ilə bağlı təxminən 200 şikayət zəngi daxil olub. Bu barədə "Report"a Xidmətdən bildirilib.

Məlumata əsasən, ötən həftənin sonunda şikayət zəngləri gəlməyə başlasa da, bu, fərdi xarakter daşıyırdı. Bazar ertəsindən etibarən isə vətəndaşların süni qiymət artımı ilə bağlı şikayət zənglərinin sayı kəskin artıb. Məlumata görə, şikayətlər nəzərə alınaraq həmin bölgələrdə monitorinqlər keçirilir.

Qeyd edək ki, istehlakçılar süni qiymət artımı, həmçinin istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat verə bilərlər.

İqtisadiyyat və Sənaye Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, aidiyyəti dövlət qurumları ilə birlikdə görülmüş tədbirlər nəticəsində əsas ərzaq məhsullarının və dərman preparatlarının satış qiymətlərinin əvvəlki səviyyədə saxlanılması təmin edilib.

"İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bir daha xəbərdarlıq edir ki, süni qiymət artımına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək", - məlumatda deyilir.

Tarix
2015.02.25 / 22:32
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla