Yuxarı

2016-da Bakı bunu təklif etsə də, İrəvan razılaşmadı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Fransadakı səfirliyi və Dövlət Komissiyası Azərbaycan Mədəniyyət Mərkəzində “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq humanitar hüquq normalarının pozulması: əsir, girov, itkin düşmüş şəxslər problemi” mövzusunda konfrans keçirib.

Axar.az xəbər verir ki, konfransda Fransada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Avropada fəaliyyət göstərən Azərbaycan assosiasiyalarının təmsilçiləri və digər qurumların nümayəndələri iştirak ediblər.

Konfransı səfirliyimizin müşaviri Vaqif Ağayev açaraq, Dağlıq Qarabağ münaqişəsi, onun ən qanlı səhifəsi olan Xocalı faciəsi haqqında məlumat verib. O bildirib ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etsə də, Ermənistan onlara riayət etmir.

Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov çıxışında deyib ki, Azərbaycan 2016-cı ildə əsir-girovların “hamının-hamıya” prinsipi ilə azad edilməsi barədə beynəlxalq təşkilatların vasitəçiliyi ilə təklif irəli sürsə də, Ermənistan humanitar məsələdən siyasi məqsədləri üçün istifadə etməyə uğursuz cəhdlərini davam etdirir.

“Beynəlxalq humanitar hüquq normalarının pozulması ilə bağlı bu faktların tarixi və hüquqi məsuliyyəti Ermənistanın üzərində qalır”, - E.Səmədov qeyd edib.

Çıxışlardan sonra Dövlət Komissiyasının materialları əsasında hazırlanan, Ermənistan silahlı birləşmələri tərəfindən azərbaycanlı qadınlara, uşaqlara və qocalara qarşı törədilən ağlasığmaz vəhşilikləri, qətl və işgəncə faktlarını əks etdirən fransız dilində “Bitməyən əzab” sənədli filmi nümayiş olunub.

Sonda ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayət əməllərini və digər faktları əks etdirən Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqələr Dövlət Komissiyası tərəfindən müxtəlif dillərdə hazırlanmış kitab, broşür, elektron və başqa əyani vəsaitlər, eləcə də “Bitməyən əzab” sənədli filminin diskləri tədbir iştirakçılarına paylanılıb.

Tarix
2020.02.28 / 13:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla