Yuxarı

Rəsmi Bakıdan Hüsnü Mübarəklə bağlı başsağlığı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev fevralın 28-də Misirin Bakıda səfirliyinə gedərək Misir Ərəb Respublikasının 4-cü prezidenti, görkəmli siyasət və dövlət xadimi Hüsnü Mübarəkin vəfatı ilə əlaqədar başsağlığı verib.

Axar.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Ş.Mustafayevi Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim qarşılayıb. Baş Nazirin müavini Şahin Mustafayev Azərbaycan ilə Misir arasında mövcud olan dostluq münasibətlərini qeyd edərək əməkdaşlığımızın uğurla inkişaf etdiyini bildirib.

Görüşün sonunda Şahin Mustafayev Azərbaycan hökuməti adından başsağlığı verib və matəm kitabına ürək sözlərini yazıb.

Tarix
2020.02.28 / 19:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla