Yuxarı

Şamaxıda yeni rəsədxana tikilə bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şamaxıda yeni rəsədxana tikilə bilər

Bizim teleskoplarımız hamısı sovetlər vaxtından qalmadır, diametrləri də kiçikdir.

Axar.az xəbər verir ki, bunu mətbuat konfransında N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov bu keçirilən deyib. O bildirib ki, dövlət və rəhbərlik qarşısında yeni teleskopun alınması məsələsini qaldırılıb:

"Direktor təyin olunanda ilk müraciətim bununla bağlı idi. Bir az kənarda, insan əli çatmayan yerdə teleskop qurulsun. Bunun üçün biz çox istərdik ki, yeni teleskop alınsın və diametri 5-6 metr olsun. Bunun üçün külək və nəmişlik olmayan yer seçmişik.

Prezident sonuncu dəfə burada olarkən təklifimizi qəbul edib. İndi bu məsələ onun nəzarətindədir. Nə vaxt sərəncam versə, biz işlərə başlayacağıq".

N.Cəlilov qeyd edib ki, yeni teleskopun Dəmirçi kəndi istiqamətində salınan yollar yaxınlığında qurulması nəzərdə tutulub:

"Orada yolun 3 km kənarında heç bir işıq mənbəyi olmayan və bizə uyğun şəraiti olan ərazi var. Həmin yerdə tikilən teleskop ŞAR üçün çox yaxşı baza olar. İşçilərimiz orada rahatlıqla müşahidə apara bilərlər".

Tarix
2020.02.28 / 23:56
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla