Yuxarı

Bakıda zəncirvari qəza: Ölən və yaralananlar var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda zəncirvari qəza: Ölən və yaralananlar var

Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, fevralın 25-də saat 19 radələrində Sabunçu qəsəbəsinin ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Hüseynağa Umudov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Hadisə baş verərkən eyni istiqamətdə hərəkətdə olan 4 avtomobil sürətini azaltdığından arxadan gələn Bakı şəhər sakini Əlixan Şirəliyev idarə etdiyi "Dayvo" markalı 160 saylı xətt avtobusu ilə onları vurub. Nəticədə avtomobillərdə olan 9 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

DİN-in Təhlükəsiz Şəhər Xidməti və Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən "Ford" markalı avtomobilin sürücüsü Bakı şəhər sakini Fərhad Fərzəliyev tutulub.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Tarix
2015.02.26 / 13:37
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi

İsrailin Türkiyəyə qarşı planı - Tədarükün qarşısını alır

Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü - Foto

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla