Yuxarı

Daxili İşlər Nazirliyindən növbəti səyyar xidmət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daxili İşlər Nazirliyindən növbəti səyyar xidmət

Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü və Qaradağ Rayon Polis İdarəsinin müvafiq şöbəsinin əməkdaşlarının iştirakı ilə rayonun Qobustan qəsəbəsində şəxsiyyət vəsiqəsinin təmini üzrə növbəti səyyar xidmət keçirilib.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, tədbir zamanı qəsəbə sakinlərindən 60 nəfərin, o cümlədən şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş 55, hərəkət imkanları məhdud olan 3 nəfərin şəxsiyyət vəsiqəsi ilə təmin olunmaları üçün müvafiq sənədləri icraata götürülüb.

Bununla yanaşı, həmin qəsəbədəki 195 və 321 saylı orta məktəblərin buraxılış siniflərində oxuyan 21 şagirdə şəxsiyyət vəsiqəsi verilib, 35 nəfərin isə sənədləri qəbul edilib.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi prosesi davam etdirilir.

Tarix
2015.02.26 / 19:35
Müəllif
Axar.az
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla