Yuxarı

8 əməkdaş daxili işlər orqanlarından xaric edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
8 əməkdaş daxili işlər orqanlarından xaric edildi

"2014-cü ildə müvəkkilin fəaliyyəti dövründə onun ünvanına 13 150 müraciət daxil olub. Onların 74,2 faizi şikayətlərdən, 25,8 faizi isə ərizələrdən ibarətdir".

Report xəbər verir ki, bu barədə insan hüquqları üzrə müvəkkilin (ombudsman) Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında hazırladığı 2014-cü il üzrə illik məruzəsində bildirilir.

Hesabatda qeyd olunur ki, şikayətlərin 49 faizi baxılmaq üçün icraata qəbul edilib, bunların da 56,8%-i təmin olunub.

Məruzədə o da bildirilir ki, ötən il şəxsiyyət vəsiqəsi, habelə qeydiyyatla bağlı respublikanın şəhər və rayonlarından 70 müraciət daxil olub ki, onların da sayı ötən illərə nisbətən xeyli azalıb. Bununla belə müvafiq sahədə hələ də bəzi çatışmazlıqlar qalır.

Rəsmi məlumata əsasən, bir sıra səbəblərdən şəxsiyyət vəsiqəsini təqdim etməyən hamilə qadınlar barədə məlumat müvafiq elektron bazaya daxil edilmədiyi üçün onların körpələrinə doğum haqqında tibbi şəhadətnamə verilməyib. Doğum şöbələri tərəfindən belə qadınlar barədə müvafiq polis orqanlarına məlumatlar verilməsinə baxmayaraq, məsələ öz həllini tapmayıb.

Müvəqqəti saxlama yerlərinə baxışlar zamanı bir sıra nöqsanlar aşkar edilib və bununla bağlı aidiyyəti qurumlara müraciət edilib. Daxili İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, tutulma, həbs edilmə, müvəqqəti saxlama yerində insan hüquqlarının pozulması halları qeydə alınmayıb, bununla belə, xidməti vəzifələrin icrasında nöqsanlara yol verdiklərinə görə müvəqqəti saxlama yerlərinin 77 əməkdaşı intizam qaydasında cəzalandırılıb. Onlardan da 8-i daxili işlər orqanlarında xidmətdən xaric edilib, 2-si tutduğu vəzifədən azad olunub, 67 əməkdaş barəsində digər intizam tədbirləri görülüb.

Tarix
2015.02.26 / 23:50
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Paşinyan: Azərbaycanla sülh “təməl daşı” olacaq

Prezidentlərin təkbətək görüşü oldu

Laos prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi - Foto

Musayev erməni qadını niyə vurduğunu açıqladı

İki gəmiyə dron hücumu: heyətdə 8 azərbaycanlı var

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla