Yuxarı

Vasif Talıbov qardaşı oğluna nəyi qadağa edib? - Yeniləndi/Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vasif Talıbov qardaşı oğluna nəyi qadağa edib? - Yeniləndi/Fotolar

16:34

Elnur Talıbov virtual məkana qayıtdı

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Elnur Talıbov virtual məkana qayıdıb. Bir müddət əvvəl facebookdakı profilində bahalı maşınlarının şəkillərini paylaşan "Şahzadə" Elnur Talıbov bu dəfə vkontakte sosial şəbəkəsində özünə yeni profil açıb.

Elnur Talıbovun profil bilgilərinə 1993-cü ilin Noyabrn 1-də Naxçıvanda anadan olduğu, subay olduğu, ingilis dilini mükəmməl bildiyi, Collej de Lamanı (İngiltərə) bitirdiyi qeyd olunub. Profilində 3 şəkil paylaşan E.Talıbov statuslarının çoxunu ingilis dilində yazır. Yazdığı statuslardan bəlli olur ki, Elnur Talıbov tez-tez Moskvaya gedir. Hətta sonuncu statusunda Moskvada olduğunu qeyd edən "Şahzadə" Elnur Talıbov onunla əlaqə yaratmaq istəyən dostlarına oradakı telefon nömrəsini də verib.

Diqqət çəkən bir digər məqam isə E.Talıbovun daha bahalı maşınlarla şəkillərini yaymamasıdır. Deyilənə görə, bu qadağanı ona atası qoyub.

Qeyd edək ki, Elnur Talıbov bir müddət öncə facebook səhifəsində "Ford Shelby", "Audi sport", "Lexus", "X 5" və "Range Rover" avtomobillərinin fotosunu yaymışdı. Eyni zamanda o Amerikada yaşayan məşhur azərbaycanlı modelyer Səbinə Musayeva ilə birgə şəkillərini də paylaşmışdı. Lakin, ölkə mətbuatının bunu xəbər etməsi Elnur Talıbovun profilinin bağlanması ilə nəticələnmişdi ("Musavat.com").

***

"Axar.az"a daxil olan məlumata görə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Elnur adlı oğlu yoxdur. Bildirilir ki, Vasif Talıbovun Rza və Seymur adlı iki oğlu var. Bu yayılan foto isə Vasif Talıbovun qardaşı oğlu Elnur Talıbova məxsusdur.

Tarix
2013.12.18 / 17:20
Müəllif
Axar.az
Digər xəbərlər

Rəşt–Astara dəmir yolu nə vaxt hazır olacaq? - İrandan açıqlama

Bakı ilə Roma arasında hərbi əməkdaşlıq müzakirə olundu

Prezidentin səhhəti pisləşəndə Mehdiyev Moskvaya zəng etdi

Azərbaycanda Vatsap istifadəçilərinə xəbərdarlıq

Bakının üç rayonunda qaz təchizatı dayandırılır

Bakı onlarla tərəfdaşlığa sadiqdir - XİN rəsmisi

Azərbaycan və Niderland arasında mühüm müzakirə

FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi

Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya

Mirzoyan Rubionun müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla