Yuxarı

Azərbaycanda rayonlarla pulsuz danışıq sistemi gəlir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda rayonlarla pulsuz danışıq sistemi gəlir

Bundan sonra şəhərlərarası, şəbəkədaxili və simsiz telefon şəbəkəsi ilə ödənişsiz danışıqlar aparmaq mümkün olacaq.

Bu barədə Axar.az-a "Aztelekom" İstehsalat Birliyindən məlumat veriblər. İB sabit telefon şəbəkəsi tarixində ilk dəfə şəhər-kənd arasında rəqəmsal əlaqəni asanlaşdırıb.

Belə ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi innovativ texnologiyaların tətbiqi nəticəsində sabit telefon şəbəkəsi tarixində ilkə imza atıb. Bakı şəhər şəbəkəsi statusuna malik sabit telefonlar artıq bölgələrdə də "585" indeksi ilə eyni statusla işləyəcək.

Bölgə əhalisi də Bakı şəhər telefonlarından istifadə edə biləcək. Bundan sonra şəhərlərarası, şəbəkədaxili və simsiz telefon şəbəkəsi (CDMA) ilə ödənişsiz danışıqlar aparmaq mümkün olacaq. Bununla da daha dayanıqlı rəqəmsal rabitə yaranacaq. Yeni qaydaya əsasən, Naxçıvan MR istisna olmaqla, respublikanın bütün ərazisində limitsiz və pulsuz danışmaq mümkün olacaq.

Qeyd edək ki, aylıq 15 manat abunə haqqı ödəməklə "585" indeksli telefonlara sahib olmaq mümkündür.

Tarix
2015.03.02 / 11:51
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla