Yuxarı

Restoranlar toyları təxirə saldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Restoranlar toyları təxirə saldı

Koronavirus infeksiyası ilə əlaqədar ölkədə elan edilən xüsusi rejimə görə şadlıq saraylarında keçirilməsi nəzərdə tutulan toy mərasimləri təxirə salınıb.

Axar.az xəbər verir ki, artıq bir çox şadlıq sarayı sosial şəbəkə hesabında bununla bağlı məlumat paylaşıb. Bildirilib ki, infeksiya təhlükəsi ilə bağlı toy sifarişi qəbul etmirlər.

Bakıxanov qəsəbəsində yerləşən “Ülvi” şadlıq sarayının adminstratoru saytımıza açıqlamasında deyib ki, dünən toy təyin edən şəxslərə məlumat veriblər:

“Biz özümüz də zəng etmişik, zəng edib maraqlananlar da olub. Artıq bütün toylar təxirə salınıb. Müştərilər özləri də mərasimlərini orucluqdan sonra keçirmək üçün gün götürüblər. Martın 15-dən sonra şadlıq sarayımızda heç bir yığıncaq, tədbir keçirilməyəcək”.

Nizami rayonunda yerləşən “Neptun Saray”ın adminstratoru Asif Cəfərov da saytımıza açıqlamasında bildirib ki, təyin edilən 22 toyun vaxtı dəyişdirilib:

“Toy sahibləri ilə bir-bir danışıb görüşmüşük. Toylarımızın heç biri ləğv edilməyib. Sadəcə müştərilərlə danışıb vaxtını dəyişmişik. Bir çoxu orucluq ayında keçirmək üçün vaxt götürüb. Bu ay üçün toy da qəbul etmirik”.

Nəsimi rayonunda yerləşən “Arena Saray”da keçiriləcək bütün tədbirlər də təxirə salınıb. Şadlıq evindən bildirilib ki, son toy mərasimi dünən baş tutub:

“Hazırda heç bir mərasim keçirilmir. Keçirilməsi nəzərdə tutulan bütün tədbirlərimiz isə orucluq ayından sonraya təxirə salınıb”.

Tarix
2020.03.15 / 09:00
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla