Yuxarı

Sevgilisini güllələyən şəxs tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sevgilisini güllələyən şəxs tutuldu

Dünən meyiti tapılan 29 yaşlı Qazax rayon sakininin qeyri-rəsmi yaşadığı kişi tərəfindən qətlə yetirildiyi müəyyənləşib.

Baş Prokurorluqdan Axar.az-a verilən məlumata görə, martın 1-də rayon sakini, 1986-cı il təvəllüdlü Abdullayeva Aynurə Xanqulu qızını qətlə yetirmiş şəxs tutularaq istintaqa cəlb edilib.

Həmin tarixdə saat 16 radələrində A.Abdullayevanın yaşadığı evdə odlu silahla qətlə yetirilmiş meyiti aşkar edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlayıb, müvafiq ekspertizalar təyin edilib. Rayon hüquq mühafizə orqanları tərəfindən aparılmış tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Qazax rayon sakini, 1968-ci il təvəllüdlü Veyisov Məcid Haqverdi oğlu tutulub.

İstintaq zamanı H.Veyisovun qeyd edilən tarixdə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu A.Abdullayevanı şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngi ilə sonuncuya bir dəfə atəş açaraq qəsdən öldürdüyü müəyyən edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Tarix
2015.03.02 / 15:41
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur - PA rəsmisi

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Simonyan: Ruslara dedim, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla