Yuxarı

Gündoğar ölkədə məktəblərin yarısı açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyadakı bəzi ibtidai və orta məktəblər koronavirusun yayılmasının qarşısını almaq üçün bağlandıqdan təxminən iki həftə sonra yenidən fəaliyyətlərini bərpa edib.

Axar.az xəbər verir ki, Yaponiya Təhsil Nazirliyi fevralın 28-də ölkə üzrə təhsil şuralarından məktəblərin bağlanmasını istəmişdi. Lakin bu tələb məcburi xarakter daşımırdı və məcburi tətilin nə qədər davam edəcəyini seçmək yerli hakimiyyət orqanlarına tapşırılmışdı.

Toyama, Şizuoka, Hamamatsu və Naha şəhərlərinin, eləcə də Okinava prefekturasının təhsil şuraları öz ərazilərində koronavirusun yoluxma hallarının olmadığını qeyd edərək, məktəblərin fəaliyyətini bərpa etmək qərarına gəlib.

İbtidai siniflərdə dərslər yenidən başladıqdan sonra potensial infeksiyaların qarşısını almaq üçün şagird masalarının bir-birindən müəyyən uzaqlıqda yerləşməsinə və havalandırma üçün pəncərələrin açıq saxlanmasına qərar verilib. Müəllimlər son həftələrdə uşaqların bədən istiliyinə və sağlamlıq vəziyyətlərinə dair yazılı hesabatları yoxlayıb.

“Kyodo Nyus”un verdiyi məlumata görə, 18 təhsil şurasından 13-ü isə hazırkı tətili aprelin əvvəlində bitəcək bahar tətilinə qədər uzatmaq qərarına gəlib.

Ölkədəki bir çox digər təhsil şuraları əvvəldən məktəbləri yaz tətilinə qədər bağlayacaqlarını elan edib.

Qeyd edək ki, Şimane prefekturası və Matsue şəhəri bu vaxta qədər məktəblərini ümumiyyətlə bağlamayıb.

Tarix
2020.03.18 / 01:29
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla