Yuxarı

Karantini pozan yaşlılara necə cəza veriləcək? – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Karantini pozan yaşlılara necə cəza veriləcək? – Rəsmi

Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən bu gündən ölkədə xüsusi karantin rejimi tətbiq edilib.

Axar.az xəbər verir ki, bu rejim çərçivəsində 65 yaşdan yuxarı insanların evdən çıxması qadağan edilib. Xüsusi karantin rejimin tələblərinin icrasına nəzarət Daxil İşlər Nazirliyinə həvalə olunub. Karantin rejiminin tələblərini pozan ahıllarımızı nə gözləyir?

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Modern.az-a bildirib ki, hər kəs sağlamlıq naminə qoyulan qadağalara riayət etməlidir:

"Ola bilər ki, hansısa vətəndaş bilməyərəkdən küçələrə çıxır və gəzir. Onlar anlamalıdırlar ki, görülən tədbirlər vətəndaşlarımızın təhlükəsizliyi və sağlamlığının qorunması məqsədilə edilir.

O ki qaldı qadağaları pozan 65 yaşdan yuxarı şəxslərlə bağlı tədbirlərə, ahıllara xəbərdarlıq edilərək evlərinə yola salınacaqlar".

Tarix
2020.03.24 / 14:55
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla