Yuxarı

Vitse-spiker gənclərə müraciət etdi: Təklif verin!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vitse-spiker gənclərə müraciət etdi: Təklif verin!

Milli Məclisin vitse-spikeri Adil Əliyev ölkə gənclərinə müraciət edib.

Axar.az xəbər verir ki, millət vəkili Azərbaycan Prezidenti İlham Əliyevin martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı geniş məruzəsində gənclər siyasətinə dair önəmli ifadələr yer aldığını xüsusi vurğulayıb.

“Əziz gənclər, dövlətimizi gücləndirmək üçün qarşımızda mühüm vəzifələr dayanır. düşmənlə informasiya müharibəsinin önündə məhz gənclər dayanır. İşğalçı ilə informasiya müharibəsinin effektivliyini artırmaq üçün yaradıcı ideyalara ehtiyac var. Çünki düşmən boş dayanmır, Azərbaycanın informasiya məkanına dezinformasiyalar ötürür və bu milli təhlükəsizlik probleminə çevrilir. Əlbəttə, dövlətin müvafiq strukturları kənardan ötürülən yalan xəbərlərlə mübarizə aparır. Ancaq bu işdə gənclərin, o cümlədən jurnalistlərin və siyasi ekspertlərin üzərinə də mühüm vəzifələr düşür. Qüvvələrimizi birləşdirməklə həm informasiya məkanımızı yalançı xəbərlərdən qorumalı, həm də düşmənə bu cəbhədə lazım zərbələr endirməliyik. Azərbaycana qarşı aparılan və böhtan üzərində qurulan informasiya kampaniyalarını neytrallaşdırmalı və işğalçıya qarşı çevirməliyik. Bu sahədə də yeni fikirlərə ehtiyac var”, - A.Əliyev bildirib.

Hazırda dünyada və Azərbaycanda koronavirusla mübarizə tədbirləri həyata keçirildiyini bildirən millət vəkili bununla bağlı gənclərə çağırış edilib.

“Əziz dostlar, gənclər haqqında qanunvericilikdə xüsusi olaraq nələrin ehtiva olunmasını istəyirsiniz? Hansı tədbirlər görülməlidir ki, ölkəmizdə müxtəlif könüllülər hərəkatları formalaşsın, gənclər asudə vaxtlarını səmərəli keçirsinlər, sosial layihələrdə iştirak etsinlər və bu yeni iş yerlərinin yaradılmasına imkan versin, informasiya məkanımızı böhtandan və şər kampaniyasından necə qoruyaq? Təkliflərin və təşəbbüslərin sayının çox olacağını nəzərə alaraq ideyalar bankının yaradılmasını zəruri hesab edirik. Bu məqsədlə [email protected] email ünvanı yaratdıq. Təkliflərinizi gözləyirik”.

Tarix
2020.03.24 / 18:20
Müəllif
Axar.az
Digər xəbərlər

XTQ-nin yaradılmasından 27 il keçir

ADNA terrorundan 17 il ötür

Mustafayevin erməni sinif yoldaşı: Şahinin əsl adı... - Video

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - Video

Azərbaycanla Kolumbiya arasında mina müzakirəsi

Müqavilə qaydaları dəyişdi: cərimələr sərtləşir...

Erməni nümayəndə heyəti Azərbaycana gələcək

Məmdaninin Azərbaycanla bağlı paylaşımına qarşı petisiya

Şahin Mustafayevin karvanı Ağverəni tərk etdi - Video

Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla