Yuxarı

"Azərxalça"nın sədri 6 aylıq maaşını Fonda bağışladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azərxalça"nın sədri 6 aylıq maaşını Fonda bağışladı

Azərxalça Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri professor Vidadi Muradov 6 aylıq əmək haqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Axar.az xəbər verir ki,bu barədə ASC-nin mətbuat katibi Tural Səfərov sosial şəbəkə hesabında məlumat yayıb.

"Bütün dünyada yayılan və pandemiya elan olunan koronavirus bəşəriyyət üçün böyük təhlükə mənbəyinə çevrilib. Dünyanın ən inkişaf etmiş ölkələri belə bu xəstəliyin qarşısının alınmasında çətinlik çəkirlər. Azərbaycanda həyata keçirilən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, bizim ölkəmizdə vəziyyət hələ ki, stabildir. Xəstəliyin qarşısının alınması, insanların sağlamlığının qorunması istiqamətində görülən işlərlə yanaşı, pandemiyanın milli iqtisadiyyata mənfi təsirinin azaldılması, əhalinin ehtiyaclarının vaxtında ödənilməsi üçün də mühüm tədbirlər həyata keçirilir. Bu dövr bir daha sübut edir ki, Azərbaycan qüdrətli dövlətdir və Azərbaycan hökuməti dünyanın ən çevik hökumətlərindən biridir. Bu günlər xalqımız dövlətimizin başçısının rəhbərliyi ilə xəstəlilkə mübarizədə həmrəylik nümayiş etdirir.

Prezidentin müvafiq Fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna edilən ianələr bunu bir daha sübuta yetirir. Ölkə rəhbərinin dediyi kimi, Fondun yaradılmasının əsas məqsədi milli həmrəyliyi daha da gücləndirməkdir. Biz həm özümüzə, həm də bütün dünyaya göstərək ki, biz böyük xalqıq”. - o qeyd edib.

Tarix
2020.03.25 / 11:06
Müəllif
Axar.az
Digər xəbərlər

Türklər Azərbaycan simvolu asmağa başladı - Foto

Ermənistanla sərhəd xəttimiz haradan başlayır? - Bayramov

Ermənistanda yeni konstitusiya qəbul olunmalıdır...

Mirzoyanla yaxın zamanda görüş ola bilər - Bayramov

Paşinyan hansı məntiqlə Rusiyaya icazə verdi?

İlham Əliyev İmaməli Rəhmanı təbrik etdi

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla