Yuxarı

İnternet qiymətlərində güzəşt edilsin – Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus pandemiyası səbəbindən təhsil müəssisələri bir müddətdir fəaliyyətini dayandırıb. Bir sıra müəssisələr dərsləri müxtəlif metodlardan istifadə edərək internet vasitəsilə təşkil edirlər. Bu səbəblərdən internetə tələbat daha da artıb.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov deyib. O bildirib ki, koronavirus təhlükəsi ilə əlaqədar internet tariflərində müəyyən güzəştlər olunmalıdır:

“Nəzərə alaq ki, bəzən bir evdə bir neçə şagird və ya tələbə olur və hər ailənin də bu ehtiyacı ödəmək üçün həmişə imkanı olmur. Amma bu sahə özəl olduğundan dövlətin müdaxilə imkanları məhduddur. Hesab edirəm ki, internet provoyderləri məsələnin aktuallığını və yaranmış zərurəti nəzərə alaraq, tariflərə yenidən nəzər sala və müəyyən kampaniyalar təşkil edə bilərlər. Söhbət müəyyən dövrdən gedir. Təhsil və təlim prosesinin dayanmaması və davamlı olması üçün hamımız bütün imkanlarımızı səfərbər etməliyik”.

Qeyd edək ki, bundan öncə də bir çox millət vəkilləri və ekspertlər internet qiymətlərində güzəşt edilməsi ilə bağlı provayderlərə çağırış ediblər.

Tarix
2020.03.25 / 14:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla