Yuxarı

"Qarabağda koronavirusa yoluxma halları gizlədilir"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağda koronavirusa yoluxma halları gizlədilir"

Son günlər Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icmasının bir sıra üzvləri seçkili nümayəndə kimi mənə müraciət edərək (təhlükəsizlik baxımından onların adlarını açıqlaya bilmirəm) Dağlıq Qarabağda kəskin respirator infeksiyaya, pnevmaniyaya yoluxmuş şəxslərin sayının artması, səhiyyə infrastrukturunun acınacaqlı vəziyyəti, testlərin olmaması, tibbi heyətin çatışmaması barədə məlumat verərək Ermənistanın və qanunsuz rejimin koronavirusa (COVID-19) yoluxma hallarını əhalidən gizlətməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev deyib.

"Mən seçkili nümayəndə olaraq Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməni icmasına koronavirusdan müdafiə olunmaq üçün fərdi gigiyena qaydalarına, özünütəcrid, sosial məsafə kimi tədbirlərə ciddi surətdə riayət etməyə çağırıram. Əminəm ki, Ermənistanın işğalı başa çatdıqdan sonra Azərbaycan dövləti ölkəmizin Dağlıq Qarabağ bölgəsində səhiyyə infrastrukturunu yenidən quracaq və hər iki icma müasir standartlara cavab verən tibb sisteminin imkanlarından bəhrələnəcəklər", - deyə T.Gəncəliyev bildirib.

Tarix
2020.03.25 / 14:51
Müəllif
Axar.az
Digər xəbərlər

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

İlham Əliyev və ailəsi COP31 Sammitində... - Foto

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla