Yuxarı

10 min vətəndaşımız Azərbaycana gətirildi - Qərargah

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
10 min vətəndaşımız Azərbaycana gətirildi - Qərargah

Xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının ilk növbədə azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verməklə, müəyyən olunmuş qrafik çərçivəsində və karantin rejiminə yerləşdirməklə Azərbaycana gətirilməsi həyata keçirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Axar.az-a verilən məlumata görə, bu günə qədər xüsusi çarter reysləri vasitəsilə 10 min nəfərə yaxın Azərbaycan Respublikası vətəndaşının müxtəlif ölkələrdən Azərbaycana gətirilməsi təmin edilib.

Ölkə daxilində olan karantin məntəqələrinin qəbul etmək imkanlarını nəzərə alaraq, gələn həftə ərzində 200-400 nəfər Azərbaycan Respublikası vətəndaşının 14-21 və ya 21-28 günlük karantik rejimində yerləşdirməklə müxtəlif ölkələrdən geri qaytarılmasının təmin edilməsi planlaşdırılır.

Türkiyə ilə quru sərhəd yolu ilə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikası ərazisinə daxil olmaq istəyən Azərbaycan vətəndaşlarının müvəqqəti olaraq Türkiyə ərazisində sərhədyanı ərazilərdə yerləşdirilməsi, sonra qruplar şəklində Naxçıvan Muxtar Respublikası ərazisində yaradılan səhra karantin məntəqələrində 14-28 gün müddətinə karantinə alınmaları nəzərdə tutulmuşdur.

Xarici ölkələrdən gələn Azərbaycan Respublikası vətəndaşlarının karantinə alınması məcburi xarakter daşıyır və bütün vətəndaşlardan ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminə ciddi şəkildə riayət etmək tələb olunur.

Tarix
2020.03.25 / 19:11
Müəllif
Axar.az
Digər xəbərlər

İran ətrafında yaranmış vəziyyət... - Bayramov

Nazirlərin növbəti üçtərəfli görüşü Tiflisdə keçiriləcək

İstanbul Bəyannaməsi imzalandı

Bu proses Azərbaycanla koordinasiyalı şəkildə davam edir

Bayramov Azovda vurulan gəmilərdən danışdı

Əgər revanşistlər seçkilərdə qələbə qazansaydı...

Rusiya Nikoldan əl çəkmir: Görünməmiş təzyiq!

Bayramov Fidanla görüşdü

Koşta: Ermənilər Azərbaycanla sülhə səs verdi

Azərbaycanla sülh sual altına düşdü – Kreml istəyinə çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla