Yuxarı

MM-in iclasında bu deputatlar iştirak etməyəcək - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:37

Milli Məclisin yaz sessiyasının martın 30-da keçiriləcək növbəti plenar iclasında yaşı 65-dən çox olan deputatlar iştirak etməyəcək.

Axar.az xəbvər verir ki, bu, Nazirlər Kabinetinin martın 23-də koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq olunması haqqında qəbul etdiyi qərarla bağlıdır. Belə ki, ölkədə yaşı 65-dən yuxarı olan və hələ də dövlət strukturunda çalışan müxtəlif peşə sahibləri və vəzifəli şəxslər yüksək riskli yaş qrupuna aid olduqlarına görə, evdən çıxmaları qadağan edilib.

Milli Məclisdə də yaşı 65-də yuxarı olan deputatlar olduğuna görə, həmin şəxslərin də evdən çıxması qəbul edilmiş qərarla hələlik qadağandır.

Məhz bununla əlaqədar olaraq Milli Məclisin növbəti iclasında İsa Həbibbəyli (71), Səttar Möhbalıyev (65), Eldar İbrahimov (75), Madər Musayev (72), Rasim Musabəyov (69), Asim Mollazadə (66), Ziyad Səmədzadə (79), Sədaqət Vəliyeva (66), Eldar Quliyev (68), Mixail Zabelin (73), Oqtay Əsədov (65), Vahid Əhmədov (72), Anatoli Rafailov (67), Fəzail Ağamalı (72), Sabir Rüstəmxanlı (73), Əhliman Əmiraslanov (72), Fəzail İbrahimli (68), Cavanşir Paşazadə (66), Tahir Rzayev (69), Aqil Abbas (66), Sabir Hacıyev (65), Əli Məsimli (67), Bəxtiyar Sadıqov (68), Elman Məmmədov (69), Aqiyə Naxçıvanlı (70), Ziyad Səmədzadə (79), Fəttah Heydərovun (82) elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar iştirak etməyəcəyi gözlənilir.

Qeyd edək ki, Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu da Apa-ya açıqlamasında Milli Məclisin yaşı 65-dən yuxarı olan deputatlarından karantin qaydalarına əməl edilməsi xahişinin ediləcəyini bildirib.

O, həmçinin qeyd edib ki, Milli Məclisin martın 30-da keçiriləcək iclasında iştirak edəcək deputatlar və əməkdaşlar koronavirus təhlükəsi ilə bağlı sabahdan test yoxlamasından keçiriləcək.

Tarix
2020.03.26 / 14:05
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla