Yuxarı

Varşavadakı 19 azərbaycanlı Bakıya gətirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Varşavadakı 19 azərbaycanlı Bakıya gətirildi

Koronavirus pandemiyası (COVİD-19) ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsində yaradılan Operativ Qərargah xaricdə yaşayan soydaşlarımıza mümkün dəstəyini, o cümlədən, zərurət yarandığı hallarda Azərbaycana təxliyyə olunması üzrə fəaliyyətini davam etdirir.

Axar.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Polşa Azərbaycanlıları Şurasının (PAŞ) rəhbəri Fərid Cəfərlinin təşəbbüsü ilə martın 26-da 19 nəfər həmvətənimiz Varşavadan Azərbaycana qayıdıb.

Polşanın müxtəlif şəhərlərində yaşayan 19 həmvətənimiz ailə və şəxsi problemləri üzündən təcili şəkildə Azərbaycana qayıtmaq istəyi ilə Polşa Azərbaycanlıları Şurasına müraciət edib. Bir neçə gün Varşavadakı Azərbaycan Evində qonaq saxlanılan həmvətənlərimizin sərhədlərin bağlı olduğu şəraitdə Vətənə dönüşünün təmin olunması məqsədilə alternativ variant seçilib. Onların öncə Varşavadan Minskə avtobusla, oradan isə təyyarə ilə Azərbaycana yola salınması qərara alınıb.

Bunun üçün PAŞ rəhbəri Fərid Cəfərli Azərbaycanın Polşadakı səfirliyi, eləcə də Polşa və Belarusun sərhəd xidmətləri ilə danışıqlar aparıb. Səfirliyimizdən həmvətənlərimizin ölkə vətəndaşı olduqlarını təsdiqləyən sənədlər alınıb, avtobusun Polşa-Belarus sərhədindən buraxılmasına nail olunub, onların əksəriyyəti təyyarə biletləri ilə təmin edilib və Minsk hava limanından Azərbaycana yola salınıb.

Hazırda 19 nəfər həmvətənimiz Azərbaycandakı mövcud karantin qaydalarına uyğun olaraq Lerikdəki "Relaks" otelinə yerləşdirilib.

Tarix
2020.03.26 / 14:42
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-Çin-Rusiya liderlərinin görüşü... – Rəsmi Bakı

Vadeful Bakıdan İrana çağırış etdi: Hərbi eskalasiya...

Almaniya ilə birbaşa uçuşların sayının artırılması...

Bayramovla Almaniya XİN başçısı görüşdü

Avropa “vassala” çevrilir: Makron Əliyevin dediklərini təkrarladı

Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla