Yuxarı

Psixoloqdan korona tövsiyəsi: Bunu uşaqlara deməyin!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusla bağlı yayılan məlumatların ictimaiyyətdə və ailə daxilində düzgün şərh edilməməsi uşaq psixologiyasına mənfi təsir edir və travmalara yol açır.

Bunu Axar.az-a açıqlamasında uşaqların koronavirusla bağlı məlumatlandırılmasına münasibət bildirən psixoloq Gülnar Orucova deyib. O qeyd edib ki, virusun təhlükə deyil, qorxu kimi aşılanması uşaqların cəmiyyətdən uzaqlaşmasına səbəb ola bilər:

“Hətta ailə içində aparılan yanlış müzakirələr də uşaqlarda bir sıra qorxuların yaranmasına və travmaya səbəb olur. Uşaqlara virusa yoluxmamaq üçün sağlam qidalanmanın, sağlam orqanizmin və gigiyena qaydalarına riayət edilməsinin vacibliyi izah edilməlidir. Bunun onlara düzgün izah edilməməsi, yəni koronavirusun təhlükə deyil, qorxu kimi aşılanması onlarda travma və qorxu hissi yaradır. Əgər uşaqlara “qrip olan, öskürən və s. insanlara yaxın getmə” deyilsə, onlarda digər insanlara qarşı aqressiya yarana bilər. Bu da uşaqlarda cəmiyyətdən uzaqlaşma, ünsiyyət və s. kimi problemlərə yol açır. Uşaqlara elə tövsiyə verilməlidir ki, onların davranışlarına mənfi təsir etməsin. Belə halların yaşanmaması üçün valideynlərin maariflənməsi önəmlidir”.

Psixoloq vurğulayıb ki, bəzi valideynlər səhvə yol verərək uşaqlara tətil günlərinin kompensasiyası üçün yay tətilinin ləğv ediləcəyini söyləyirlər:

“Belə qeyri-rəsmi məlumatlar onlarda məktəbə qarşı qıcıq və narahatlıq hissinin yaranmasına səbəb olur. Bu səbəbdən koronavirusla əlaqədar Operativ Qərargahın verdiyi qərarları onlara düzgün anlatmaq lazımdır”.

Tarix
2020.03.29 / 12:26
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla