Yuxarı

Bakıda şəxsi maşınından istifadə edənlər cərimələnir - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi sürücü və avtomobil sahiblərinə müraciət edib.

Axar.az xəbər verir ki, idarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun Trend-ə verdiyi məlumata görə, artıq küçə və prospektlərdə quraşdırılan kameralar işə salınıb:

"Bu gündən reydlərə başlamışıq. Paytaxt küçələrində lüzumsuz olaraq şəxsi avtomobillərindən istifadə edən şəxslər saxlanılaraq nəqliyyat vasitələrinin sürücülərinə inzibati tənbeh tədbirləri tətbiq ediləcək. Ötən gün ərzində Bakı şəhər ərazisində idarə edilən nəqliyyat vasitələri ilə bağlı vətəndaşlara müraciət edildi. Müraciətdə bildirildi ki, şəxsi avtomobillərdən mümkün qədər istifadə etməyin. Xüsusilə də rayon qeydiyyatında olan dövlət nömrə nişanlı avtomobillərin idarə olunması məqsədə müvafiq deyil. Bu gün istirahət günü olsa da, Bakı şəhər ərazisində aparılan araşdırmalar deməyə əsas verir ki, hələ də karantin tələblərində bəzi sürücülər tərəfindən səhlənkarlığa yol verilir və avtomobillər idarə edilir. Ona görə bir daha paytaxt sakinlərinə, avtomobil sahiblərinə, sürücülərə müraciət edirik.

Kameralar vasitəsi ilə nəqliyyat vasitələrinin sürücülərinə inzibati tənbeh tədbirləri tətbiq ediləcək.

Deməli, bir daha sürücülər və avtomobil sahibləri bilməlidirlər ki, paytaxt ərazisində yalnız kommunal təyinatlı, qəza-bərpa və ya tikinti işlərində istifadə edilən nəqliyyat vasitələri və digər avtomobillər idarə edilməlidir.

Xahiş edirik ki, "Evdə qal" kampaniyasına qoşulun və evdə qalın. Səbəbsiz yerə küçələrə çıxmayın. Bu həmçinin hazırda paytaxt ərazisində idarə edilən komunal təyinatlı və yaxud dezinfeksiya işləri ilə məşğul olan epidemiya sahəsindəki şəxslərin də sərbəst hərəkətinə şərait yaradır. Ona görə də sürücülər, avtomobil sahibləri karantin tələblərini düzgün yerinə yetirməyə çalışsınlar. Əks halda qaydalara əməl etməyən nəqliyyat vasitələrinin sahibləri və sürücülər cərimələnəcək".

Tarix
2020.03.29 / 12:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla