Yuxarı

Bəhmənovun gəlini reanimasiyada, nəvəsi karantindədir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşa Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Nizami Bəhmənovun oğlu Ceyhun Bəhmənovun ölümcül yaraladığı keçmiş həyat yoldaşının durumu ağır olaraq qalır.

Bu barədə Axar.az-a fevralın 1-də Hüseyn Cavid parkında keçmiş əri tərəfindən qızının gözü qarşısında bıçaqlanan 1982-ci il təvəllüdlü Dilarə Faiq qızı Bəhmənovanın anası Elmira Zeynalova bildirib. E.Zeynalova əlavə edib ki, qızı hələ də reanimasiyadadır. Koronavirus infeksiyasına görə isə yanına girməyə icazə vermirlər:

“Mən onu reabilitasiyası üçün başqa klinikaya aparmaq istəyirdim. Ancaq hələ də agciyərdə problem olduğu üçün xəstəxanadan çıxarmağa imkan vermədilər. Əlavə həkim də cəlb olunub. Həkim bildirir ki, nəticə əldə etmək üçün illər lazımdır. Bizi yanına buraxmırlar, ancaq telefonla görüntülü şəkildə zəng edirik. Heç nə danışa bilmir. Kameradan məni görən kimi ağlayır. Həkimlər bildirir ki, bu o deməkdir ki, beyin işləyir və sizi görən kimi xatırlayıb reaksiya verir”.

E.Zeynalova bildirib ki, nəvəsi də koronavirusa görə Bakıya gələndən sonra karantinə alınıb:

“Bir neçə gündür Bakıya gəlib. Atletlər kəndində karantindədir. Hələ 14 gün orada olacaq. Tezliklə onun da evə göndəriləcəyini gözləyirik”.

Xatırladaq ki, Şuşa İcra Hakimiyyətinin sabiq başçısı Nizami Bəhmənovun oğlu, 1981-ci il təvəllüdlü Ceyhun Bəhmənov keçmiş həyat yoldaşı, 1982-ci il təvəllüdlü Dilarə Faiq qızı Bəhmənovanı küçədə bıçaqlamışdı.

Tarix
2020.03.29 / 13:52
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla