Yuxarı

Təcili qanun qəbul edilməlidir - Qüdrət Həsənquliyev

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən çıxış etmək istəmirdim. Amma burada səsləndi ki, birdən internet kəsilsə, onlayn qaydada səsverməni necə keçirəcəyik. Qeyd edim ki, biz elə burada da bəzən iclası davam etdirə bilmərik. Fövqəladə hallarda hər şey ola bilər. Ona görə, ciddi narahat olmaq lazım deyil.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev səsləndirib.

Həsənquliyev xatırladıb ki, martın 26-da Avropa Parlamenti 37 milyard avroluq kiçik və orta sahibkarlıq üçün yardım paketini təsdiqləyib:

“Həmin iclasda sədr zalda tək əyləşmişdi, 688 nəfər isə onlayn qaydada səsvermə keçirdi. Bizim mütəxəssislər Avropa Parlamenti ilə əlaqə saxlaya və bu təcrübəni öyrənə bilərlər. Bununla bağlı təcrübə var”.

Deputat daha sonra deyib ki, Azərbaycanda karantin rejimi elan edilib, amma bu, hüquqi baxımdan anlayışı verilməyən bir termindir:

“Bunun özündə nəyi ehtiva etdiyini heç kəs bilmir. İcra Hakimiyyəti orqanı beynəlxalq təcrübəyə istinad edərək, Azərbaycanda vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdırıb. Mən anlayıram ki, bu, xalqımızın xeyrinədir və zəruri tədbir kimi bu addımlar atılıb. Amma biz mütləq karantin rejimi haqqında qanun qəbul etməliyik. Fövqəladə vəziyyət şəraitində Prezidentin fərmanını parlamentdə təsdiq edirik. Ali qanunverici orqan bunu ona görə edir ki, vətəndaşların hüquq və azadlıqları məhdudlaşdırılır. Karantin rejimində də eyni qayda olmalıdır. Biz karantin rejimini təsdiq etmirik, çünki qanunvericilik bazamız yoxdur. Burada söhbət ciddi şəkildə hüquq və azadlıqların məhdudlaşdırılmasından gedir. Biz görürük ki, yüzlərlə gənc tələbəmizi - bəlkə də gələcəkdə onlar parlament spikeri, prezident olacaqlar - aparıb zirzəmiyə yığırlar. Yüz metrliyində otel olduğu halda. Yəni bu halda biz vətəndaşlarımızın hüquqlarını qorumalıyıq, parlament də məsuliyyətin altına girməlidir. Ona görə də hesab edirım ki, biz təcili surətdə karantin rejimi haqqında qanun qəbul etməliyik. Və sənəddə bu rejimin parlament tərəfindən təsdiq edilməsi öz əksini tapmalıdır. Biz İcra Hakimiyyəti orqanlarına o qədər geniş səlahiyyət verə bilmərik ki, istənilən qərarı qəbul etsinlər. Məsəl üçün deyirəm, restoranları, əksər iş yerlərini bağlayıblar. Sabah nəzəri olaraq absurd qərar da qəbul edə bilərlər. Ümid etmirəm ki, belə qərar qəbul ediləcək, sadəcə nəzəri olaraq qeyd edirəm. Ona görə də biz o çərçivəni dəqiq müəyyən etməliyik. Hesab edirəm ki, təcili olaraq bu qanun qəbul edilməlidir”.

Tarix
2020.03.30 / 12:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla