Yuxarı

Azərbaycanlı qadın İsraildə qəhrəmana çevrildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı qadın İsraildə qəhrəmana çevrildi

Hər dövrdə olduğu kimi, COVID-19 mərhələsinin də öz qəhrəmanları var.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, onlardan biri də İsrailin Netanya şəhərində yaşayan yəhudi əsilli həmyerlimiz Sara Mirzəyevadır.

“İsrael Hayom” qəzetinin yazdığına görə, şəhərin “Magen David Adom” təcili yardım xidmətində 5 ildir çalışan Sara Mirzəyeva hər gün koronavirusa yoluxmuş xəstələrə yardım edir.

Həmyerlimizi COVİD-19-la mübarizənin qəhrəmanı adlandıran qəzetin “Koronavirus qorxusunun öhdəsindən necə gəlirsiniz?” sualına cavabında S.Mirzəyeva deyib ki, tibb sahəsi həmişə təhlükə ilə qarşı-qarşıyadır: “Qorxu vəziyyətində insanın təbiəti ikiyə bölünür. Qorxu onu ya susdurur, ya da ona güc verir. Əvvəlcədən edə bilmədiyi hərəkətləri yerinə yetirmək üçün xüsusi güc böyük impulsa çevrilir. Tibb aləmi həmişə təhlükə ilə qarşı qarşıyadır. Bu, əvvəlcədən bilmədiyin və nəzərə almadığın bir şey deyil”.

S.Mirzəyeva qeyd edib ki, ixtisası seçəndə bütün çətinlikləri nəzərə alıb və xalqa xidmət borcunun öhdəsindən yetərincə, şərəflə gələcəyinə əmin olduqdan sonra qərarını verib: “İşimin öhdəsindən lazımınca gəlmək üçün daima oxumalı, öyrənməli, araşdırmalı olduğumu da bilirəm. Bütün bunlar mənə xüsusi güc verir. Həyat gözəldir! İnsanları sevərək yardım edərək yaşamalıyıq”.

Tarix
2020.03.30 / 17:03
Müəllif
Axar.az
Digər xəbərlər

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

Uşaqların İran və ifrat dini simvollara cəlb edilməsi... - Deputat

Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm

AKP YAP-a sözünü X-lə niyə deyir, YP ilə səhv salır?

İranda qızlar başını necə bağlayır? - Fotolar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla