Yuxarı

Bu ölkədə 27 polis koronaya yoluxdu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkədə 27 polis koronaya yoluxdu

Tailandın paytaxtı Banqkokda 27 polis işçisi yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxub.

Axar.az xəbər verir ki, bu barədə Banqkok polis departamentinin rəisi Pakkaponq Ponqpetra açıqlama yayıb. Təkcə tibb işçilərinin deyil, polis əməkdaşlarının da pandemiya ilə mübarizənin ön cəbhəsində olduqlarını deyən polis rəisi əlavə edib ki, hazırda 326 polis işçisi karantinə cəlb olunub və onlar COVİD-19 analizlərinin nəticələrini gözləyirlər.

Bildirilib ki, Banqkok polisləri əsasən iki yolla virusa yoluxublar. Birinci qrup bu yaxınlarda İspaniyadan ezamiyyətdən qayıdanlardır. Digər qrup isə Tailandda koronavirusun ocaqlarından hesab olunan "Lumpinee" boks arenası və "Thonq Lor" əyləncə mərkəzində xidmət aparmış polislərdir. Bundan başqa, yol polisi şöbəsinin rəis müavini də virusa yoluxub. Onunla təmasda olanlar karantinə cəlb olunublar.

Qeyd edək ki, martın 30-da Tailandda COVİD-19 infeksiyasına daha 136 yoluxma və 2 ölüm faktı qeydə alınıb. Bununla da ölkədə virusa yoluxanların sayı 1524 nəfərə, ölənlərin sayı isə 9-a çatıb. COVİD-19 infeksiyasına yoluxanların orta yaş həddi 40-dır. Tailand hökumətinin açıqlamasında virusa yoluxma hallarının çoxalmasının qarşısının vətəndaşların evdə qalması ilə mümkün olacağını açıqlayıb. Martın 29-da evdən çıxan vətəndaşların sayı 40 faiz azalıb. Amma xəstəliyin daha səmərəli nəzarət altına alınması üçün bu rəqəmin 90 faiz olması lazımdır.

Tarix
2020.03.30 / 23:36
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla