Yuxarı

Ermənistana qarşı diversiya keçirilib? - Rəsmi açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son aylar ərzində Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu ərazisindən keçən hissəsində Ermə­nistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən əməliyyat şərai­tinin kəskin gər­gin­ləşdirilməsi məqsədilə çoxsaylı təxribatlar törə­dil­ib, təmas xət­tinin yaxınlığında yerləşən yaşayış məntəqə­ləri­miz və kənd yol­larında hərəkət edən mülki nəqliyyat vasitələri mü­tə­madi ola­raq iri çaplı silahlardan və snayper tüfənglərindən da­vamlı surətdə atəşə tutulublar.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Axar.az-a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin kəş­fiyyat-diversiya qrupları tərəfindən sərhəd-döyüş məntəqələrimizin dislokasiya yerlərinə bas­qın cəhdləri edilmiş, sərhədçilərin sa­yıqlığı nəticəsində düş­mən təxribatlarının qarşısı alınmış və onlar itki verməklə geriyə qaçmaq məcburiyyətində qalmışlar.

Ermənistan ilə dövlət sərhədində əməliyyat şəraitinin ciddi gər­ginləşləşməsi barədə tərəfimizdən mütəmadi olaraq məlumat verilmiş, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına qarşı düşmən tərəfinin bütün təxribatlarına adekvat cavabların verilə­cəyi və nəticədə baş verəcək bütün fəsadlara görə məsuliyyətin Ermə­nis­tanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşməsi xüsusi qeyd olun­muşdur.

Dünən Ermənistan kütləvi informasiya vasitələrində Ermənistanın Müdafiə Nazirliyinə istinad edilməklə yayılmış məlumatda guya Azər­bay­can tərəfinin atəşkəs rejimini pozaraq ER-nın Noyemberyan rayo­nu­nun Koti və Voskevan kəndlərini atəşə tutması nəticəsində 14 yaşlı mülki şəxsin yaralanması, eyni zamanda guya Ermənistanın döyüş möv­qelərinə qarşı diversiyanın keçirilməsi nəticəsində bir neçə hərbi qulluqçunun yaralanması qeyd olunub.

Bununla əlaqədar olaraq bildiririk ki, Ermənistan Silahlı Qüvvə­lərindən fərqli olaraq sərhəd döyüş məntəqələrimiz tərəfindən müqabil ərazidə yerləşən yaşayış məntəqələri istiqamətində atəş açılmır, düş­mənin atəşkəs rejiminin pozulduğu döyüş mövqeləri adekvat cavab atəşi ilə susdurulur. Həmçinin düşmən döyüş mövqelərinə qarşı sər­həd-döyüş məntəqələrimiz tərəfindən diversiyanın keçirilməsi barədə məlumat da həqiqətə uyğun deyildir. Ermənistan tərəfinin atəşkəs reji­mini pozmaqla törətdiyi təxribatının nəticəsi olaraq qarşılaşdığı döyüş itkilərini bu cür ictimailəşdirməsini Ermənistan cəmiyyətində özünə haqq qazandırmağa yönəlmiş uğursuz cəhd kimi dəyərləndiririk.

Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düş­mən tərə­fi təxribat törədib.

Ermənistan Müdafiə Nazirliyi açıqlama yayaraq, 3 əsgərin yaralandığını, onlardan birinin isə ağır vəziyyətdə olduğunu bildirib. Ermənistan MN-nin rəsmi açıqlamasında əsgərlərdən birinin gözündən güllələndiyi qeyd edilib.

Hər üç yaralının İrəvanda hospitala yerləşdiriləcəyi açıqlanıb.

Tarix
2020.03.31 / 09:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla