Yuxarı

Salyanda “Topal” ləqəbli narkotacir tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, şöbəyə Salyan şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elvin Əliyevin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı həmin şəxs saxlanılıb.

Onun üzərində şəxsi axtarış zamanı narkotik vasitələr olan 52,263 qram heroin, 48,945 qram tiryək və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Araşdırma zamanı Elvin Əliyev narkotik vasitələri satdığı adamlara adını deməyək özünü “Topal” kimi təqdim edirmiş.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən Elvin Əliyev tutularaq istintaqa cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davan etdirilir.

Tarix
2020.03.31 / 12:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla