Yuxarı

MM-in maskalı xanım deputatı: Nələr dedi?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusla əlaqədar ilk növbədə dövlət tərəfindən müəyyən edilmiş tələblərə və tövsiyələrə riayət edirəm. Yalnız və yalnız işlə və hansısa ciddi məsələlərlə bağlı zərurət yarandıqda evdən çıxıram.

Bu sözləri Axar.az-a Milli Məclisin deputatı Sevinc Fətəliyeva koronavirusla əlaqədar gördüyü qabaqlayıcı tədbirlər barədə danışarkən deyib. O bildirib ki, artıq özü ilə yanaşı, ailəsi də sosial izolyasiya adlanan həyat tərzinə keçib:

“İnsanlarla yaxından təması azaltmağa və ictimai yerlərdə olmamağa çalışırıq. Zərurət yarandıqda ictimai yerlərə gediriksə, maskalardan istifadə edirik və məsafə saxlanılması ilə bağlı tələblərə riayət edirik. Ötən gün Milli Məclisin iclasında da mən və digər deputatlar maskada iştirak etdik. Düşünürəm ki, bu, insanların təkcə özünü yox, eyni zamanda da yaxınlarını qorumağa imkan verir".

S.Fətəliyeva vətəndaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət etməyə səsləyib:

“Vətəndaşlara tövsiyə edirəm ki, birlikdə verilən qərarlara riayət edək və sanitar-gigiyenik tələbləri yerinə yetirək. Baxmayaraq ki, bu, bəziləri üçün bir qədər çətindir. Amma özünüzü və yaxınlarınızı, ən əsası yaşlı nəsli qorumaq lazımdır. Ona görə dövlət tərəfindən müəyyən edilmiş tələbləri dəqiqliklə, böyük vətəndaş məsuliyyəti ilə yerinə yetirməliyik. Evdə qalmaq lazımdır və mümkün qədər evdən çıxmağı məhdudlaşdırmaq lazımdır. Həmçinin yaşlı nəslə kömək etmək lazımdır. Amma bu köməklik yaxın ünsiyyət demək deyil. Bunu unutmamaq lazımdır. Nə qədər çətin olsa da, yaşlı nəsillə ünsiyyətdə tələb edilən məsafə saxlanılmalıdır. Çünki onlar risk qrupuna aiddir və təhlükədədirlər. Bu səbəbdən biz həm özümüzü, həm də yaşlı nəsli qorumalıyıq".

Tarix
2020.03.31 / 12:58
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla