Yuxarı

Bakıda polis fəaliyyət göstərən kluba basqın etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda polis fəaliyyət göstərən kluba basqın etdi - Foto

Xüsusi karantin rejimi ilə əlaqədar olaraq ictimai iaşə obyektlərinin faəliyyətinin qadağan edilməsinə baxmayaraq, bəzi sahibkarların bu qaydalara əməl etməkdən yayınması hallarına təəssüf ki, hələ də rast gəlinməkdədir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı Yasamal rayonu R.Tağıyev və D.Bünyadzadə küçələrinin kəsişməsində fəaliyyət göstərən internet klub aşkar edilib. Həmin obyektə baxış zamanı azyaşlı və yetkinlik yaşına çatmayanların kütləvi şəkildə xüsusi karantin qaydalarına zidd olaraq oyun zalında olduqları aşkar edilib.

İnternet klubunun sahibi paytaxt sakini Mehman Cabbarlı barəsində Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək cərimə edilib. Obyektdə olan azyaşlılar və yetkinlik yaşına çatmayanlar isə polis əməkdaşları tərəfindən ailələrinə təhvil verilərək onların valideynlərinə xəbərdarlıq edilib.

Tarix
2020.04.01 / 23:00
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla