Yuxarı

Biz xalqıq, millət olsaq, adımız olardı... – Tahir Kərimli

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət olsaq, millətimizin adı olar, bir xalqa ki “azərbaycanlı”, “azəri”, “moğol”, “tatar” deyələr, demək, millət deyilik.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Tahir Kərimli Teleqraf.com-a geniş müsahibəsində deyib. O bildirib ki, xalq kimi də özümüzdən başqa hamıya oxşayırıq:

“Uşağımıza, yaxud hüquqi şirkət yaradıb ona ad qoyanda da özümüzə oxşamırıq. Qloballaşma ilə bağlı məqaləmdə öz övladlarımıza qoyduğumuz ad məsələsinə, ayların adlarının milliləşməsinə toxunmuşdum. İran islam dövlətidir, niyə fars adlarıdan imtina edib islam adları götürmür? Türkiyə, Çin, Yaponiya da eləcə. Dədə-babadan ayların adı əkin, biçin, çillə və s.-dir. İndi məni öldürürlər, söyürlər ki, Tahir Kərimli gündəmi dəyişir və sair. Ay balam, mən başa düşə bilmirəm, biz nə vaxt özümüzə oxşayacağıq?!”

Millət vəkili qeyd edib ki, xalqımızın “özünə oxşaması” üçün var gücü ilə çalışacaq:

“Bu mübarizəmdən geri duran deyiləm. Öz dövlət dilini bilməyən hansı şəxs, qurum milli problemini həll edə bilər? Qarabağ problemini həll edə bilərmi? Rus və ingilis dilini bilən ziyalılarımız var, onlara can qurban. Amma dövlət dili də var axı. Qanunlarımıza riayət edək, özümüzə oxşayaq”.

Tarix
2020.04.02 / 02:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla