Yuxarı

Küçəyə çıxanlar hansı bəhanələr gətirir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Küçəyə çıxanlar hansı bəhanələr gətirir?

Küçəyə ehtiyac olmadığı halda avtomobillə və ya piyada çıxmaq qadağan edilsə də, hələ də bu qadağaya əhəmiyyət verməyənlər var.

Axar.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Xəzər TV-nin efirində danışıb. K.Əliyev qeyd edib ki, küçəyə çıxanların əksəriyyəti polisə müəyyən bəhanələr gətirirlər:

“Ən çox gətirilən bəhanə aptekə dərman almağa getməklə bağlıdır. Bəhanə edirlər ki, yaxınlıqlarındakı apteklərdə axtardıqları dərman preparatları yoxdur. Həmçinin bu evindən o biri evinə getdiyini deyənlər də var. Maşınında 4-5 sərnişinlə gəzən sürücülərin də əsas bəhanəsi həkimlə bağlıdır. Xəstəxanada xəstəsi olduğunu bildirirlər. Ancaq izah etmək mümkün olmur ki, infeksiyanın yayıldığı vaxtda xəstəxanaya bir xəstəyə bu qədər adamın yoluxmağa getməsi doğru deyil”.

K.Əliyevin sözlərinə görə, sürücülərin gətirdiyi digər bəhanə xəsətəxanada çalışan yoldaşını, anasını və ya qızını işə aparmasıdır:

“Ancaq bunu sübut edəcək sənədləri olmur”.

Qeyd edək ki, Operqərargahın bu gün keçirilən konfransında küçəyə çıxmaqla bağlı sənədlərin təqdim edilməsi qaydaları izah edilib. Belə ki, küçəyə çıxanın üstündə mütləq kimliyi və işlədiyi yerin vəsiqəsi olmalıdır.

Tarix
2020.04.02 / 14:05
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla