Yuxarı

Tovuzdakı Qarabağ əlillərinə qoruyucu vasitələr göndərildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tovuzdakı Qarabağ əlillərinə qoruyucu vasitələr göndərildi

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva seçildiyi 105 saylı seçki dairəsində yaşayan Qarabağ müharibəsi əlilləri və onların ailələri üçün lazım olan bütün virusdanqoruyucu tibbi ləvazimatları göndərib.

Bu barədə Axar.az-a millət vəkili Q.Paşayevanın köməkçisi İlqar Kərimov bildirib.

Onun sözlərinə görə, artıq cəbhə kəndləri olan Əlibəyli, Ağdam və Vahidlidə bu bağlamaların paylanılmasına başlanılıb:

“Qarabağ əlilləri səhhətlərinə görə hazırda koronavirus təhdidi baxımından ən həssas insanlardır. Ona görə millət vəkili Qənirə Paşayeva ilk olaraq Qarabağ əlilləri və onların ailələrinə koronavirusdan qorunmaq üçün lazım olan tibbi maska və spirt, dezinfeksiyaedici gellər, spreylər, xüsusi antibakterioloji vasitələr və s. hazırladaraq, göndərib. Günün sonuna qədər 105 saylı Tovuz seçki dairəsini əhatə edən kəndlərdəki Qarabağ əlillərinə bu hədiyyələr çatdırılacaq”.

İ.Kərimov həm də onu bildirib ki, tibbi qoruyucu vasitələrlə bərabər, ərazidəki Qarabağ əlilləri ailələrinin hər birinə ərzaq yardımı da edirlər.

Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva bu mövzuda imkanlı şəxslərə çağırış da etmişdi.

“Bu günlər həm də millətimiz üçün sınaq dövrüdür: günəmuzd və yaxud işəmuzd işləyənlərin hazırda evdə olduğunu və qazanclarının kəsildiyini nəzərə almalıyıq. İmkanlı şəxslərimiz onlara dəstək olmaqla, həm öz insanlıqlarını göstərə bilər, həm də bu ağır yükü çiyinlərinə götürən dövlətimizə dəstək vermiş olarlar. Çətin günlər geridə qalacaq, ancaq bu günlərdə insanlarımızın özünü necə aparması yaddaşlardan silinməyəcək”, - millət vəkili bildirmişdi.

Tarix
2020.04.03 / 14:11
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla