Yuxarı

Azərbaycan daha 175 vətəndaşını təxliyə etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Hava Yolları QSC (AZAL) bu gün İstanbuldan Bakıya çarter reysi yerinə yetirib.

Bu barədə Axar.az-a AZAL-dan bildirilib.

Həmin reyslə Bakıya 106 nəfər Azərbaycan vətəndaşı vətənə çatdırılıb.

Eyni zamanda bu gün səhər saatlarında Azərbaycan Hava Yollarının təyyarəsi ilə 69 sərnişin üçün London-Bakı reysi həyata keçirilib.

Bundan əlavə, dünən axşam Moskva şəhərindən (Vnukovo hava limanı) uçuş yerinə yetirən AZAL-ın təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda enib. Təyyarədə 123 sərnişin olub.

Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

"AZAL bir daha vətəndaşları ciddi zərurət olmadan evdən çıxmamağa və uçuşlar həyata keçirməməyə çağırır. Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə riayət etmək hər birimizin borcudur", - aviaşirkət bəyan edib.

Tarix
2020.04.03 / 17:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla